Icma.az
close
up
RU
“Media savadlılığı yalnız jurnalistlərə aid deyil” RƏY

“Media savadlılığı yalnız jurnalistlərə aid deyil” RƏY

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Media savadlılığı layihəsinin həyata keçirilməsi çox əhəmiyyətlidir. Uzun illərdir ki, dünyada ən aktual mövzulardan biri dezinformasiya və feyk xəbərlərə qarşı mübarizədir. Dezinformasiya və saxta xəbərlərin ən çox yayıldığı məkanlar məhz internet informasiya resursları, sosial şəbəkələr və media subyekləridir”.

Bunu Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info ilə bölüşərkən bildirib:

“Son illər süni intellektin inkişafı ilə bu proses daha da sürətlənib və saxta məlumatların hazırlanması asan alətə çevrilib. Artıq sosial şəbəkələrdə hər gün yüzlərlə bu tip hallarla qarşılaşırıq. Belə vəziyyətdə media savadlılığı layihəsinin önəmi açıq-aydın görünür və cəmiyyətimizin media savadlılığına yiyələnməsi aktuallaşır.

Media savadlılığı dedikdə qarşımıza çıxan hər bir xəbərə şübhə ilə yanaşmaq və məlumatı dəqiqləşdirmək nəzərdə tutulur. Media savadlılığına yiyələndikdən sonra saxta xəbərlərin və dezinformasiyaların qarşısını almaq mümkün olur. Bu baxımdan Medianın İnkişafı Agentliyinin layihəsi çox mütərəqqi və vacib təşəbbüsdür. İldən-ilə media savadlılığı cəmiyyətimizin bütün təbəqələrində daha aktiv şəkildə təbliğ edilir.

Ancaq hələ də dezinformasiyaların tələsinə düşən şəxslər var. Çox vaxt saxta xəbərlərə çoxlu şərhlər gəlir, insanlar ona reaksiya verir ki, bu da məlumatın daha geniş yayılmasına səbəb olur”.

Hacıbəy Heydərlinin fikrincə buna görə də media savadlılığı layihələrinin davamlılığı çox vacibdir və bu istiqamət həmişə aktual olmalıdır.

“Təkcə Medianın İnkişafı Agentliyi deyil, hər bir fərd, cəmiyyəti düşünən hər kəs media savadlılığını təbliğ etməlidir. Bu il müxtəlif peşə sahiblərinin, influenserlərin, aparıcıların və məşhur şəxslərin də media savadlığına qoşulması, bu sahədə çağırışlar etməsi çox vacibdir. Artıq media subyektləri və jurnalistlər media savadlığına yiyələniblər.

Media savadlılığı yalnız jurnalistlərə aid deyil, bütövlükdə cəmiyyətə aiddir. İzləyicilərin baxdığı məşhur şəxslərin bu istiqamətdə təbliğat videoları hazırlaması və paylaşması da çox vacibdir ki, gələcəkdə bu kimi halların qarşısı alınsın. Medianın İnkişafı Agentliyinin bu təşəbbüsü təqdirə layiqdir və yaxın vaxtlarda bunun müsbət təsirini görəcəyik”,-deyə o fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15–22 dekabr tarixləri arasında “Media Savadlılığı” Həftəsinə start verilib.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.

2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri