Icma.az
close
up
RU
Media savadlılığı çirkin kompaniyalara qarşı MÜBARİZƏDİR RƏY

Media savadlılığı çirkin kompaniyalara qarşı MÜBARİZƏDİR RƏY

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“İnformasiya texnologiyaları inkişaf etdikcə, dezinformasiyaların  miqyası daha da böyüyür və geniş kompaniyaya çevrilə bilir. Bu baxımdan da cəmiyyətin maariflənməsi, bu istiqamətdə məlumatın əldə edilməsi çox önəmlidir”. 

Bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info  ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media Savadlılığı” həftəsi cəmiyyətimiz üçün önəmli bir addımdır: “Son dövrlər dünyanın bəzi dırnaqarası media qurumları, həmçinin Qərb mətbuatı tərəfindən Azərbaycana qarşı  dezinformasiya, “fake news” kompaniyaları aparılır.

Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar, xəbərlər yayılır və bununla da saxta xəbərlərin sayı artır. Ona görə də, media savadlılığı cəmiyyəti saxta və doğru xəbərləri bir-birindən ayırd etməyə kömək edir, həmçinin manipulyasiyadan qoruyur”.

H.Heydərli onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyi yaranan ilk gündən bu günə qədər jurnalistlərlə, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri ilə bu istiqamətdə çox ciddi işlər aparılıb.

O, əlavə edib ki, media savadlılığı həftəsi çərçivəsində gənclərin də bu pozisiyaya cəlb olunması çox sevindiricidir.

“Bu gün dezinformasiyalar daha çox sosial media üzərində yayımlanır və sosial şəbəkələrin də ən çox istifdəçisi məhz gənclərdir. Bu baxımdan da bu aparılan maarifləndirmə kompaniyaları, bu kimi tədbirlər artıq öz nəticəsini verməkdədir.

Eyni zamanda Media savadlılığı həftəsi çərçivəsində keçirilən görüşlər, xüsusən də beynəlxalq təlimçilərinin, ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, onların təlimlər keçməsi, gənclərlə görüşləri, apardıqları maarifləndirmə işləri olduqca önəmli bir addımdır.

Dezinformasiyalar, “fake news”-lar bu gün dünyanın media sahəsində ən böyük problemlərindən birinə çevrildiyi üçün cəmiyyətlərin də bu baxımdan maariflənməsi çox önəmlidir.

Media savadlılığı həftəsində biz Azərbaycan cəmiyyətində saxta xəbərlərə, dezinformasiyalara qarşı immunitet formalaşdırmağa çalışmışıq və əminəm ki bu immunitet artıq formalaşır. Azərbaycan oxucusu, Azərbaycan cəmiyyəti doğru xəbərlə saxta xəbəri ayırd edə bilir”-deyə H.Hacıbəyli bildirib.

Aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirən və onun davamlı olmasını arzu edən H.Heydərli sonda deyib ki, Azərbaycana qarşı aparılan çirkin kompaniyalara cəmiyyətimiz artıq öz mövqeyini ortaya qoyur və dezinformasiyalarla mübarizə apara bilir.

Xatırladaq ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib.  Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Media Savadlılığı Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri