Icma.az
close
up
RU
MEDİA və ADA nın birgə layihəsi çərçivəsində özbək nümayəndələr üçün seminar keçirilib

MEDİA və ADA nın birgə layihəsi çərçivəsində özbək nümayəndələr üçün seminar keçirilib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 29-da Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, seminar kommunikasiya və media sahəsində əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlət qurumlarının kommunikasiya potensialının gücləndirilməsinə, ictimaiyyətlə əlaqələrin daha effektiv qurulmasına və müasir çağırışlara uyğun yanaşmaların formalaşdırılmasına xidmət edir.

ADA Universitetinin İxtisasartırma proqramının dövlət proqramları üzrə meneceri Sevinc Hüseynova çıxışında bildirib ki, strateji kommunikasiya üzrə keçirilən seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin inteqrasiyası baxımından vacib təcrübədir və dövlət qurumlarında çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına və innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

Seminarı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehralıyeva aparıb. Təqdimat zamanı iştirakçılara ictimai narrativlərin düzgün qurulması, strateji yanaşmaların tətbiqi və kommunikasiya prosesində auditoriyaya effektiv mesajların çatdırılması barədə praktik məlumatlar təqdim olunub.

Müzakirələrdə qeyd olunub ki, müasir dövrdə kommunikasiya yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmır, həm də dövlət qurumlarının nüfuzunun möhkəmləndirilməsində və vətəndaşlarla qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə, rəqəmsal media alətlərindən səmərəli istifadə və məqsədyönlü kommunikasiya siyasətinin hazırlanması uğurlu nəticələrin əldə olunmasında əsas şərtlərdən biri kimi dəyərləndirilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri