“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.
QHT.az xəbər verir ki, fəaliyyət planına uyğun olaraq Şirvan şəhərinin Bayramlı qəsəbəsində növbəti seminar keçirilib. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin qəsəbə icra nümayəndəsi Elnur Abdullayev və qəsəbə sakinləri iştirak ediblər.
Layihə rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, nəzərdə tutulmuş fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. haqqında geniş məlumat verib. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilib. Təqdimatdan sonra qəsəbə sakinləri müzakirələrə qoşulub. Ülviyyə Şahbazova, Rəşidə Cahangirova və digər iştirakçılar ailə dəyərləri, bu dəyərlərin son zamanlar zəifləməsinin səbəbləri barədə fikirlərini səsləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 İyun 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















