Icma.az
close
up
RU
Mediada yeni dövr: Süni intellekt artıq xəbər otaqlarındadır

Mediada yeni dövr: Süni intellekt artıq xəbər otaqlarındadır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafı media və jurnalistikanın fəaliyyət prinsiplərini köklü şəkildə dəyişib. Bu gün xəbərin hazırlanması, yoxlanılması və auditoriyaya çatdırılması rəqəmsal texnologiyalar sayəsində daha sürətli və əlçatan olub. Süni intellekt, məlumat analitikası və sosial media platformaları jurnalistlərə yeni imkanlar yaratmaqla yanaşı, peşəkar məsuliyyəti də artırır.Süni intellektin media və jurnalistikada geniş tətbiqi gələcəkdə jurnalistin rolunu necə dəyişəcək?

Media eksperti İsmayıl Rafiqoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, süni intellektin tətbiqi jurnalistin rolunu artıq bu gün dəyişib: “Tərcümə xəbərinin, hansısa hesabatın hazırlanması, müsahibənin səs faylından yazıya çevrilməsi, məlumatın o an təqdim olunması, analitik materialların tələb olunan sıralamada tapılması kimi əvvəllər zaman tələb olunan işlərin operativ yerinə yetirilməsində süni intellektin köməyi danılmazdır. Hansısa fotonun əyər-əskiyini aradan qaldırmaq, sosial mediada paylaşım üçün poster hazırlamaq üçün də bu texnologiyadan gen-bol istifadə edilir”.

Ekspert bildirib ki, sosial media və rəqəmsal platformalarda yayılan dezinformasiyaların qarşısını almaq məsələsində İKT imkanları da genişlənib. Xəbərin yalan və ya doğru olduğunu həm xüsusi proqramların, həm axtarış sistemlərinin, həm də süni intellektin köməyi ilə anındaca yoxlamaq olar: “Məsələn, müasir dövrdə hansısa tanınmış şəxsin adından paylaşılan çoxlu sayda aforizmlər var. Süni intellekt bir neçə saniyəyə bu ifadənin həmin şəxsə aid olmadığını bildirə, hətta yaranma tarixçəsini də aşkarlaya bilər. Əvvəllər nəyisə aydınlaşdırmaq üçün günlərlə kitabxanada zaman keçirib məlumatın dəqiqliyini yoxlamalı olurdun. Hazırda bu proses sadələşib. Hər hansı qalmaqallı video paylaşılanda onu xüsusi proqramların köməyi ilə yoxlamaq olur. Yəni ilkin versiyanın nə zaman paylaşıldığını təyin edə bilirik. Əgər dəyişiklik edilibsə, süni intellekt proqramları bunu da təyin edə biləcək”.

İsmayıl Rafiq vurğulayıb ki, süni intellektin ziyanlı tərəfləri də az deyil: “Son tədqiqatlar yaşlı nəslin bu texnologiyadan daha effektiv istifadə etdiyini təsdiqləyir. Yəni daha fundamental, akademik təhsil almış insan üçün bu, böyük bir silahdır. Belə şəxs nəyin doğru, nəyin yalan olduğunu dəqiq təyin edə bilir. Əgər sistem onu aldatmağa çalışırsa, bir şey alınmayacaq. Yeni nəsil isə elə hər məsələni axtarış sistemində, süni intellekt proqramlarında yoxlamağa üstünlük verir.

“Google” qatığın qara olduğunu iddia edirsə, deməli həmin insan üçün bu elə də olacaq. Bu gün xeyli gənc hər dəfə elə internetdə axtarış edərkən məlumatın doğru və ya yalan olması barədə düşünmək belə istəmir. Öz beyninlə analiz etməyə ehtiyac qalmayıb. Bir sıra alimlər məhz insanın düşünmə qabiliyyətinin zəifləyəcəyindən ehtiyat edirlər”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri