İstanbulda Xəbərin Müəllif Hüquqları və Mediada Süni İntellekt Simpoziumu keçirilir FOTOLAR
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində "Xəbərin Müəllif Hüquqları və Mediada Süni İntellekt Simpoziumu" keçirilir.
"Unikal"ın məlumatına görə, simpozium Boğaziçi Universitetində "Anadolu Ajansı" və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşib.
Tədbirdə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxış edib. Onun sözlərinə görə, Qərb şirkətləri media sektorunda haqsız rəqabət aparır. Altun onları media imperializmində ittiham edib, xəbərlərin ticarət məqsədi ilə müəllif hüququ qorunmadan sui-istifadəsinin qəbuledilməz olduğunu bildirib.
Simpozumun spikerləri arasında məşhur Kembric Universitetinin professoru Henninq Qrosse Ruse-Xan, Oksford Universitetinin doktoru Özgür Arıkan, Londonun Queen Mary Universitetinin professoru Quido Vestkamp və digərləri var.
Simpoziumda "Unikal" da təmsil olunub.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















