İnternetdə və mediada süni intellekt kontentini nişanlamayanlar cərimələnəcək
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanda mediada və internet resurslarında süni intellekt vasitəsilə hazırlanan materialların xüsusi nişanlama olmadan yayılması inzibati məsuliyyət yaradır”.
Moderator.az xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bildirib.
"Qanunvericiliyin tələbinə əsasən, mediada və ya internetdə süni intellekt texnologiyalarından istifadə etməklə hər hansı audio, foto və video material hazırlandıqda və yayıldıqda, həmin məzmunun üzərində aydın görünən şəkildə onun məhz süni intellekt vasitəsilə hazırlandığını göstərən nişanlama (işarələmə) nəzərdə tutulmalıdır. Belə bir işarə olmadan materialların yayılması İnzibati Xətalar Məcəlləsinə görə birbaşa məsuliyyət nəzərdə tutur", - A.Osmanova qeyd edib.
Baxış sayı:104
Bu xəbər 11 İyun 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















