Icma.az
close
up
RU
MEDİAMIZIN “BÖYÜK KƏŞFİ”: Sən demə, Mehdiyev Rusiyaya xidmət edirmiş...

MEDİAMIZIN “BÖYÜK KƏŞFİ”: Sən demə, Mehdiyev Rusiyaya xidmət edirmiş...

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Və yaxud Mahmudov nə vaxt Putinin “ətəyində namaz qılıb”?

Son günlər Azərbaycanda “Rus Evi”nin bağlanılması ölkədə, xüsusilə hökümətyönlü mediada böyük rezonansa səbəb olub. Maraqlıdır ki, başda dövlət telekanalı - AzTV olmaqla, dünənə qədər Kremli qibləgəhları elan edən bütün hakimiyyətyönlü media resursları bu gün Rusiyaya qarşı açıq hücüma keçiblər. Hətta göbəyi Moskvada kəsilən bir çox rusbaşlılar belə, bu gün “vətənpərvər” olub, Kremlin “xaç atası” Vladimir Putini hədəfə alıblar.

Əlbəttə, bütün bunlar normal olmaqla yanaşı, bizim üçün narahatedici deyil. Əksinə, Rusiya tör-töküntülərinin bir-birinin zibillərini ortaya çıxarması ümumi işin xeyrinədir. Amma dünənə qədər Rusiyaya, daha dəqiq desək Kremlin Bakıdakı "5-ci kolon”una xidmət edənlər bu gün cəmiyyəti çaşdırmaq üçün “milli geyimimizə” bürünüb, üstəlik bir sıra dezinformasiyalarla gündəmi dəyişməyə çalışırlar.

Öncə ondan başlayaq ki, hökümətə yaxın saytlardan biri “Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi” başlığı altında məqalə dərc edərək, bir sıra sabiq məmurların, eləcə də onların yaxın adamlarının Kremlə xidmət etdiyi iddiasını ortaya qoydu. Ən “qəribəsi” də odur ki, sən demə, adı bu şəxslərin siyahısında olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də Moskvaya işləyirmiş. Yəqin ki, bu xəbəri eşidən hər bir vətəndaşımız çox “böyük təccüb hissi” keçirib: axı, “qatı türpərəst” olan Mehdiyev necə rusbaşlı ola bilər?! Hər halda, bunu ortaya çıxarmaq mediamızın “çox böyük tapıntısıdır”.

Şübhəsiz, vətəndaşlarımızı Rusiyaya xidmət edən məmurlar siyahısında adı çəkilən iki sabiq nazir -Eldar Mahmudov və Elmar Məmmədyarovun “rusbaşlı” olması da təccübləndirməyə bilməzdi. Hansı ki, çoxlarına da bəlli olduğu kimi, bu məmurların hər ikisi vəzifədə olduğu dönəmdə ölkənin sabiq “boz kardinal”ı R.Mehdiyevlə, yumşaq desək, heç vaxt yola getməyiblər. İndi necə oldu ki, bu şəxslərin hamısı Rusiyanın kadrı çıxdı?!

Bu sualın cavabını axtarmazdan əvvəl, daha bir məsələyə aydınlıq gətirək. Yuxarıda adları çəkilən hər iki məmurun – E.Mahmudov və E.Məmmədyarovun damarlarında rus qanı axan Ramiz Mehdiyevlə “eyni tərəzi”yə qoyulması heç də səbəbsiz deyil. Hər halda, Mehdiyevin vəzifədə olduğu uzun illər ərzində Azərbaycandan daha çox Rusiyaya xidmət etdiyidə kimsədə şübhə doğurmur. Belə bir vəziyyətdə isə istər Mahmudovun, istər də Məmmədyarovun “rus agenti” elan edilməsi çox hiyləgərcəsinə düşünülmüş bir addımdır. O da sual doğurur ki, bu gün hakimiyyətdə olan bir çox nazirlərdən fərqli olaraq, vəzifədə olduğu illərdə hər zaman Rusiyaya qarşı fəaliyyəti ilə seçilən bu məmurları, nədənsə, indi Kremlə bağlamağa cəhdlər olunur. Üstəlik, bunun üçün elə bir an seçilib ki, “Rus Evi” nin bağlanılması fonunda ölkədə yeni anti-Rusiya əhval ruhiyyəsi formalaşıb. Görəsən, məqsəd mövcud qalmaqaldan, yəni Rusiyaya qarşı hücümlardan diqqəti yayındırmağa xidmət etmir?! Axı, əks halda bu cür absurd iddiaların ortaya atılması kimə lazım idi?!

Digər tərəfdən, tutaq ki, Elmar Məmmədyarov hardasa Moskvaya qarşı loyallıq nümayiş etdirib, bəs Eldar Mahmudov nə vaxt Putinin “ətəyində namaz qılıb”?! Axı dünənə qədər onu yəhudi lobbisi ilə bağlayır, “masson lojası”na xidmət etdiyi iddia edilirdi. İndi nə baş verdi ki, Mahmudov birdən-birə “rusbaşlı”oldu?! Bunun səbəbini  bilən varsa, xahiş edirik bizə də izah etsin.

LALƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri