Icma.az
close
up
RU
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Şanlıurfa şəhərində yerləşən Karahantepe, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitepe ilə birlikdə, 12 min il əvvələ aid dünyanın ən qədim Neolit dövrü yaşayış məskənlərindən biri hesab olunur. Bu ərazi hər yeni arxeoloji qazıntı ilə tarixdən əvvəlki insan cəmiyyətlərinə işıq tutur və onların sirli dünyasını anlamaqda əhəmiyyətli rol oynayır.

“Yeni Sabah” xəbər verir ki, bu dəfə Karahantepe dünya miqyasında əlamətdar bir kəşflə gündəmə gəlib – alimlərin fikrincə, burada dünyanın indiyədək məlum olan ən qədim üçölçülü mifoloji süjeti aşkar edilib. Arxeoloqlar bu tapıntını Neolit dövrünün "əsrin kəşfi" kimi dəyərləndirirlər.

Qazıntılar zamanı daşdan hazırlanmış qablar və boşqabların xüsusi ardıcıllıqla, bir-birinin üzərinə yığılmış vəziyyətdə düzüldüyü məlum olub. Bu kompozisiyanın içində daşdan yonulmuş heyvan fiqurları, daş əsalar, muncuqlar və qırmızı steril torpaqla möhürlənmiş qablar aşkar edilib. Ətraf mühitdə isə canavar çənəsi, bəbir sümüyü, qartal və tülkü kimi heyvanların sümükləri simvolik şəkildə düzülüb. Marqarita pizza

Qabların üzərində incə həndəsi naxışlar, heyvan və stilizə edilmiş insan təsvirləri yer alır. Xüsusilə diqqət çəkən isə içi torpaqla doldurulmuş və kiçik daş qapaqla örtülmüş dibsiz bir qab olub. Onun içərisində tülkü, qartal və qaban fiqurları yerləşdirilib. Bu fiqurların baş hissəsi daş halqanın içində idi – bu da kompozisiyaya güclü simvolik məna qatır. Qartal fiqurunun halqadan qismən çıxmış vəziyyətdə olması, qabın möhürlənməsindən sonra baş verdiyi düşünülür.

İndiyədək Şanlıurfa bölgəsində əsasən ikiölçülü təsvirlərə rast gəlinirdi. Lakin Karahantepedəki bu tapıntı, ilk dəfə olaraq simvolik süjetin üçölçülü formada və yerində  nümayişidir. Bu xüsusiyyət onu digər kəşflərdən fərqləndirir və Neolit dövrü sənətində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Tapıntının xüsusi hazırlanmış üçölçülü kompozisiya formasında təqdim olunması, sadəcə incəsənət və inanclar baxımından deyil, həm də dövrün ictimai yaddaşına işıq salması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, insanlıq tarixində ilk dəfə süjetli, ardıcıl və çoxfiqurlu hekayənin üçölçülü formada yaradıldığını göstərir.

Karahantepe, Taş Tepeler adlanan geniş Neolit dövrü məskənlər kompleksinə daxildir. Bu bölgə “Gələcəyə İrs” layihəsi çərçivəsində Türkiyənin arxeoloji irsini qorumaq və tanıtmaq məqsədilə diqqət mərkəzində saxlanılır.

2024-cü ildə bölgənin mərkəzi sayılan Göbəklitepe 709,643 ziyarətçi qəbul edib. Ziyarətçilərin böyük hissəsi Karahantepeni də ziyarət etməyə üstünlük verir. Bu maraq, bölgədə ardıcıl olaraq edilən arxeoloji tapıntılar və onların təqdimatı ilə daha da artır.

Son tapıntılar hazırda Ankarada Prezident Kompleksinin Sərgi Zalında keçirilən “Arxeologiyanın Qızıl Dövrü” adlı sərgidə nümayiş olunur. Sərgidə təkcə Karahantepedəki kəşflər deyil, həm də müxtəlif ölkələrdən geri qaytarılmış nadir artefaktlar da təqdim edilir. Bu tədbir Türkiyənin qədim mədəni irsə verdiyi yüksək dəyəri və sadiqliyini nümayiş etdirir.

Karahantepedəki bu kəşf, Neolit dövrü insanının düşüncə dünyasını və simvolik təfəkkürünü anlamaqda mühüm mərhələ sayılır. İlk dəfə olaraq bir süjetin üçölçülü təsviri, qədim insanın dünyanı dərk etmə və ifadə etmə qabiliyyətini ortaya qoyur. Bu tapıntı, təkcə Türkiyə deyil, bəşəriyyət üçün də tarixi əhəmiyyət daşıyır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri