Mediasiya: 100 sual / 100 cavab adlı kitabın ictimai təqdimatı keçirilib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini, Bakı 22 saylı Mediasiya təşkilatının təsisçisi Orxan Mahmudovun müəllifi olduğu “Mediasiya: 100 sual / 100 cavab” adlı kitabın ictimai təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının sədri Mayıl Bayramov, mediasiya təşkilatları direktorları, mediatorlar və vəkillər iştirak edib.
Çıxış edənlər mediasiya sahəsində elmi-nəzəri vəsaitlərin bu sahənin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini, müxtəlif auditoriyaların istifadə edə biləcəyi bu yeni kitabın mediasiya sahəsindəki əsas suallara cavab olacağını vurğulayıblar.
Orxan Mahmudov isə çıxışı zamanı kitabın mediasiya sahəsində əsas anlayışlar, mediasiya proseslərinin gedişatı, mediasiya sessiyalarının vacibliyi, mediatorların vəzifə öhdəlikləri, əsas peşə xüsusiyyətləri və ümumilikdə mediasiya sahəsi ilə bağlı 100 sualın hüquqi əsaslı cavabını özündə əks etdirdiyini bildirib.
Qeyd edək ki, kitab Azərbaycan Respublikası Mediasiya Şurası, Bakı 22 saylı mediasiya təşkilatı və Türk Dünyası Arabulucular Birliği'nin dəstəyi ilə nəşr olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib
24 Dekabr 2024 16:48
Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub
22 Sentyabr 2026 19:49
Bakı 23 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi keçirilib
21 Yanvar 2026 23:33
Mediasiya Şurasının İntizam Komissiyasının iclası keçirilib
17 İyun 2026 16:26
“Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib
11 Dekabr 2024 15:43
Baxış sayı:165
Bu xəbər 27 Fevral 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















