Bakı 23 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi keçirilib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Yanvarın 21-də Bakı 23 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimatda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Milli Majlis'in deputatı Məlahət İbrahimqızı, 62 saylı məktəb-liseyin direktoru Cabbarlı Mətanət, Bakı 23 saylı mediasiya təşkilatının direktoru Həsən Sadıqov, təsisçi Esmira Rzayeva, Arbitrium vəkil burosunun direktoru Mehdi Polad, Bakı 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova, Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova, Bakı 25 saylı Mediasiya Təşkilatının direktoru Aqil Əsgərov, Quba 1 saylı MT-nın direktoru Hümmət Əliyev, vəkillər Kamran Məmmədov, Kamilə Raxtari, İlqar Abbasov, Əkbər Yusifoğlu, mediatorlar Elçin Quliyev, Fərhad Mehdiyev və jurnalist Nüranə Gülər iştirak edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı mediasiyanın inkişaf yolundan, mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin edilməsindəki rolundan söz açıb və iştirakçıların diqqətinə 2025-ci ilin yekun nəticələrini nəzərə çatdırıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vətəndaşlarla kommunikasiyanın icrası sahəsində deputatlar və Mediasiya Şurası arasında işlərin qurulmasını yüksək qiymətləndirdiyini qeyd edib. Eyni zamanda yeni fəaliyyətə başlayan Bakı 23 saylı mediasiya təşkilatının işinə uğurlar arzu edib.
Sonda Bakı 23 saylı mediasiya təşkilatının təsisçisi Esmira Rzayeva qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Juninyonun təqdimat mərasimi keçirilib
22 Yanvar 2025 11:09
Qayıdış filminin təqdimat mərasimi keçirilib
17 Fevral 2025 10:21
“NeoOrdo” layihəsinin təqdimat mərasimi keçirilib
13 Yanvar 2026 12:05
Qırğızıstan nümayəndə heyəti Bakı 6 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub
16 Yanvar 2026 14:40
“Arzunun arxasınca” filminin təqdimat mərasimi keçirilib
08 Avqust 2025 18:46
Baxış sayı:35
Bu xəbər 21 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















