Icma.az
close
up
RU
“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib

“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar  Respublikasında  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Azərbaycan tarixində həm dövlətçilik ənənələrinin, həm də milli kimliyimizin qürur mənbəyidir. 100 il əvvəl, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə bu torpaqların hüquqi statusu təsbit edilib, Azərbaycanın ayrılmaz bir hissəsi kimi möhkəmləndirilib. Bu, təkcə hüquqi deyil, eyni zamanda tarixi bir zəfər idi.

Bildirilib ki, bu gün Naxçıvanın əldə etdiyi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldub. Cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək Naxçıvana xüsusi diqqət göstərdirir. Naxçıvanda həyata keçirilən infrastruktur layihələri, sənaye parklarının yaradılması, qəbul edilən dövlət proqramları, beynəlxalq miqyasda Naxçıvanın tanıdılmasına böyük töhfələr verib. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması sahəsində xidmətlərindən danışan Samir Seyidəhmədli qeyd edib ki, onun təşəbbüsü ilə Naxçıvanın mədəni irsi beynəlxalq tədbirlərdə təbliğ olunur, abidələrimiz qorunur və gələcək nəsillərə ötürülür.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yüsifova  çıxış edərək bildirib ki, Naxçıvanın tarixi rolunu vurğulamaqla yanaşı, onun zəngin mədəni irsini də xüsusi qeyd etməliyik. Bu irsin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlər hər zaman diqqət mərkəzində olub. Bu gün təqdimatı keçirilən "Naxçıvan Muxtar Respublikası 100" xalçası da bu zəngin mədəniyyətin simvollarından biridir. Xalçanın eskizində qədim Naxçıvan Xalça Məktəbinə aid ənənəvi elementlər, memar Əcəminin Möminə Xatın türbəsindəki ornamentləri və əzəmətli Haçadağın təsviri ustalıqla əks etdirilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tarixi yaddaşında mühüm yer tutur. Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də milli-mədəni irsin beşiyi kimi Azərbaycan xalqı üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Naxçıvanın 100 illik yubileyi çərçivəsində keçirilən bu kimi tədbirlər tariximizi, mədəniyyətimizi və ənənələrimizi gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət kəsb edir.  

Çıxışlardan sonra xalçanın toxunması ilə bağlı videoçarx nümayiş etdirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kamil Əliyev adına Naxçıvan Dövlət  Xalça Muzeyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə toxunmuş xalçanın təqdimatı və ənənəyə uyğun kəsimi həyata keçirilib. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin  təşkilatçılığı ilə toxununan xalçanın eskizinin müəllifi Naxçıvan Xalça Muzeyinin direktoru Ülviyyə Məmədova, toxucuları isə muzeyin tərtibatçı rəssamları Gülsüm Kəngərli və Rübabə Əliyevadır. 

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi və Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova konsert proqramı ilə çıxış ediblər. 

Sonda muxtar respublikanın muzey fondlarına aid maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxış keçirilib. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri