Icma.az
close
up
RU
Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar?

Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar?

Mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya edilib. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bu proses Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun Mediasiya Şurası ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Belə ki, Vahid Məhkəmə Portalında “Mediatorlar” bölməsi yaradılıb. Artıq vətəndaşlar mediatorlar və mediasiya təşkilatları barədə məlumatları “Vahid Məhkəmə Portalı”ndan əldə edə bilərlər. Həmçinin mediasiya prosesində iştirak üçün elektron formada müraciət edə və Mediasiya Şurasının hesabatları ilə tanış ola bilərlər.

Bu funksiyalardan istifadə imkanlarını nəzərdə tutan video təlimatla https://www.youtube.com/watch?v=h6mF_MyJnYw linkə keçid edərək tanış olmaq mümkündür.

seeBaxış sayı:99
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri