Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar?
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Bu proses Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun Mediasiya Şurası ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Belə ki, Vahid Məhkəmə Portalında “Mediatorlar” bölməsi yaradılıb. Artıq vətəndaşlar mediatorlar və mediasiya təşkilatları barədə məlumatları “Vahid Məhkəmə Portalı”ndan əldə edə bilərlər. Həmçinin mediasiya prosesində iştirak üçün elektron formada müraciət edə və Mediasiya Şurasının hesabatları ilə tanış ola bilərlər.
Bu funksiyalardan istifadə imkanlarını nəzərdə tutan video təlimatla //www.youtube.com/watch?v=h6mF_MyJnYw linkə keçid edərək tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















