Icma.az
close
up
RU
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi

Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Medvedev Rusiya qazının qiymətlərini qoruyub saxlamaq istəyən, eyni zamanda isə Avropa İttifaqı ilə yaxınlaşan Ermənistan baş nazirinin siyasətini tənqid edib.

Milli.Az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma kursunu tənqid edərək bildirib ki, İrəvan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında  iştirakın üstünlüklərini qoruyub saxlamağa, həm də Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır.

Medvedev özünün "X"  kanalında qeyd edib ki, "iki stul arasında oturmağa çalışan kəs yerə ağrılı şəkildə yıxılmaq riski daşıyır".

"Görünən odur ki, Nikol ləqəbli bir nəfər yaxın vaxtlarda məhz bunu etməyə hazırlaşır. O, öz 'superdövlətini' israrla Avropa İttifaqına sürükləyir, eyni zamanda isə KTMT-də iştirakdan doğan bütün mənfəətləri qoruyub saxlamağa çalışır", - deyə Medvedev yazıb.

Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətləri dərinləşdirsə belə, Rusiya qazının hazırkı qiymətlərini qoruyub saxlayacağına ümid edir:

"Rusiya getməkdə olan 'tərəfdaşı' üçün qazın hazırkı qiymətini - hər min kubmetr üçün 177,5 dollar səviyyəsində saxlamalıdır", - deyə o, vurğulayıb və əlavə edib ki, 2026-cı ilin may ayında Avropada qazın birja qiymətləri hər min kubmetr üçün 570-590 dollar səviyyəsində olub.

"Axı hər kəsə bəllidir ki, Avropa qaz qiymətlərinə keçid baş verərsə, 'A' ölkəsinin əhalisi bu dayını birbaşa Parisə, onun sevgi dolu dostu Makronun yanına qovacaq. Ona görə də dünyada hamının xoşuna gəlməyə çalışaraq min bir oyundan çıxmaq məcburiyyətində qalır. Amma belə şey olmur", - deyə Medvedev bəyan edib.

Bundan əvvəl, mayın 22-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Paşinyanın Rusiyaya qarşı siyasətini qeyri-dost addım adlandırmışdı.

"Dövlət Dumasının deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan ölkəmizin təqdim etdiyi imkanlardan rəzilcəsinə istifadə edərək Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür. BU, VİCDANSIZLIQDIR. Bütün bunları, daha əvvəl də dediyim kimi, Ukrayna nümunəsində görmüşük", - deyə Volodin qeyd etmiş və Rusiyanın Ermənistana qazı öz ziyanına tədarük etdiyini vurğulamışdı.

Ermənistanın Aİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı kursu
Ermənistan rəsmi şəkildə Aİ-yə üzv olmaq canatımını bəyan edib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Mayın 5-də İrəvanda tarixdə ilk dəfə olaraq Ermənistan və Avropa İttifaqının ikitərəfli sammiti keçirilib. Bu tədbir 40-dan çox Avropa liderini bir araya gətirən Avropa Siyasi Birliyinin sammitindən dərhal sonra baş tutub.

Aprel ayında Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşündə xatırlatmışdı ki, Ermənistan eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avropa İttifaqında təmsil oluna bilməz.

Aprelin əvvəlində Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiya qazının qiymətinin artacağı təqdirdə, Ermənistanın KTMT və EAİİ-dən çıxmasının mümkünlüyünü istisna etməmişdi.

Qeyd edək ki, son dövrlər Paşinyanla bağlı tənqidi fikirlər həm ölkə daxilinində, həm də xaricdə geniş vüsət alıb. Paşinyanın seçkiqabağı kampnaiyada sərgilədiyi gülünc vəziyyət onu ölkəsində və beynəlxalq aləmdə daha da gözdən salıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 May 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri