Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Medvedyev YENİ MÜHARİBƏNİN anonsunu verdi Dəhşətə gətirən addımlar atılacaq!

Medvedyev YENİ MÜHARİBƏNİN anonsunu verdi Dəhşətə gətirən addımlar atılacaq!

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moldova və Qazaxıstanla bağlı təhdidlər var; ekspertlərin fikirləri isə fərqlidir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyev Rusiyanın tərkibində qonşu ölkələrin əraziləri hesabına yeni regionların yaranmasını istisna etməyib. Bu barədə o, dekabrın 14-də partiyanın qurultayında çıxışı zamanı bildirib.

“Yeri gəlmişkən, bu təcrübə (Donbas və Novorossiyanın Rusiyaya ilhaqı - red.) bizə yenə lazım ola bilər, əgər ölkəmizin tərkibinə yeni, çox yaxın regionlar əlavə olunarsa. Bu ki mümkündür”, - deyə Medvedyev faktiki bəzi qonşu postsovet ölkələrini (Moldovada ruslar yaşayan Dnestryanı bölgə, Qazaxıstanın şimalı) nəzərdə tutaraq deyib. Necə deyərlər, iştah diş altındadır...

Yada salaq ki, 2022-ci il fevralın 21-də Rusiya tanınmamış Donetsk və Luqansk xalq respublikalarının (DXR və LXR) müstəqilliyini tanıyıb, fevralın 24-də “Donbasdan kömək istənilməsinə cavab olaraq” Ukraynanın qanuni ərazilərinə hərbi müdaxiləyə başlayıb. 2022-ci ilin sentyabrında orada referendum keçiriləndən sonra prezident Vladimir Putin və DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında saziş imzalayıblar. Putinin ən yaxın adamlarından sayılan Medvedyev bununla nəyin anonsunu verir? Ukraynadan sonra sıra Moldova və Qazaxıstanamı çatacaq? Cənubi Qafqaza da hər hansı təhlükə varmı?

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, tez-tez öz açıqlamalarında SSRİ-nin süqutunu tarixi və bağışlanılmaz səhv adlandıran Putinin keçmiş sovet respublikalarını yenidən Rusiyanın çətiri altında birləşdirmək kimi arzuları hər zaman olub: “Uzun illər ərzində ayrı-ayrı bölgələrdə separatizmə dəstək verərək bu və ya digər ölkəyə təzyiq vasitələri yaratmağa çalışan Rusiya üçün separatizm öz maraqlarını təmin etmək üçün bir vasitə olub. O baxımdan Putinin yaxın silahdaşı Medvedyevin bu cür açıqlamalarla çıxış etməsi və qonşu ölkələrin ərazisi hesabına Rusiyanın böyüməsinin mümkünlüyünə dair fikirləri ilk baxışdan diqqətləri Dnestryanı problemi olan Moldovaya, Abxaziya və Cənubi Osetiya problemi olan Gürcüstana, Şimali Qazaxıstan vilayətinə yönəldir.

Dnestryani bölgə, eləcə də Abxaziya və Cənubi Osetiyanın Moldova və Gürcüstana qarşı təzyiq aləti olduğu məlumdur. Rusiya ilə sərhəddə olan Şimali Qazaxıstanın Petropavlovsk şəhərində də zaman-zaman separatizm meyllərinin ortaya çıxdığı məlumdur. Elə keçən il Petropavlovsk şəhərinin bir qrup sakininin müstəqil “şəhər xalq şurası”nın yaradıldığını elan edən videogörüntülər yayması və videoda “şura üzvləri”nin özlərinin “müstəqilliyini, muxtariyyətini və suverenliyini” bəyan etməsi bunun bariz sübutudur. Məhz bu hadisədən sonra Qazaxıstan parlamentinin bir qrup deputatı Petropavlovsk şəhərinin rus dilində olan adının dəyişdirilməsini və Qızılcar adlandırılmasını təklif etmişdilər. Başqa sözlə desək, Putin Rusiyası müvafiq ərazilər hesabına Rusiyaya yeni regionların daxil edilməsini hər zaman istəyib. Amma bunun indiki mərhələdə mümkün olmayacağını elə bu bəyanatlarla çıxış edən Medvedyev özü də kifayət qədər yaxşı dərk edir. Sanksiyalar səbəbilə iqtisadi cəhətdən xeyli geriləmiş, hərbi potensialı kifayət qədər zəifləmiş Rusiyanın indi yeni ərazilər uğrunda mübarizəyə girişməsi inandırıcı deyil. Əsas Rusiyanın belə gücü olsaydı o zaman uzun illər ərzində milyardlarla vəsait sərf edərək öz maraqlarını təmin etdiyi Suriyadakı mövqelərini qorumaq üçün addımlar atardı. Aralıq dənizindəki yeganə hərbi bazasını belə müdafiə etmək imkanlarını itirmiş Rusiya üçün indi Moldovaya və ya TDT üzvü olan Qazaxıstana qarşı hansısa addımlar atması mümkün deyil.

Azərbaycana gəldikdə isə biz 44 günlük vətən savaşı və ardınca da antiterror əməliyyatı ilə ölkədəki separatçı rejimi süquta uğratmışıq. Rusiya tərəfindən yeni separatizm meylləri formalaşdırmaq cəhdləri olacaqsa, onun da öhdəsindən gəlmək üçün imkanlarımız var. Başqa sözlə desək, bu gün Rusiyanın Azərbaycana qarşı ərazi iddiaları üçün hər hansı bəhanəsi belə yoxdur. Üstəgəl, Rusiya üçün indi Azərbaycanla münasibətləri korlamaq heç bir halda rəsmi Kremlin maraqlarına cavab verməz. Buraya NATO üzvü olan Türkiyə faktorunu da əlavə etdikdə Rusiya tərəfindən hər hansı təhlükənin mümkün olmadığı ilə bağlı fikir yürüdə bilərik. Yəni Rusiyanın sadaladığım istiqamətlərdə hansı arzularının olmasından asılı olmayaraq indiki halda bunu reallığa çevirmək mümkün deyil".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı Azərbaycana heç bir təhlükə görmür: “Amerikanın Suriyanı, Livanı, İraqı işğal etməsi, Rusiyanın da qonşu ölkələri işğal etməsi üçün stimul yaradır. Hər iki ölkə işğalçılıqla məşğuldur. Hər iki ölkə heç bir beynəxalq hüquq normaları tanımadan zəif və kiçik ölkələri işğal edirlər, o ölkələrin təbii sərvətlərini, neft, qaz, qızıl və s. mənimsəyirlər. Sanki kənardan guya Amerika ilə Rusiya arasında gərgin mübarizə gedir. Ancaq bir-biriləri ilə razılaşdırılmış addımların atılmasını görürük. Tramp prezident seçiləndən sonra Rusiya öz qoşunlarını Suriyadan çıxartdı. Bəşər Əsəd Rusiyaya qaçdı. İndi də Ukrayna prezidenti Zelenski sülhdən danışır. Bu mənada kiçik dövlətlər və xalqlar iki dövlətdən çox ziyan çəkir. Rusiyanın Azərbaycanı işğal etməsinə gəldikdə isə, bunu mümkünsüz hesab edirəm. Bu gün cənab Prezident İlham Əliyevin sayəsində Rusiya ilə ikitərəfli çox yüksək səviyyəli əməkdaşlıq yaranıb. Konkret olaraq Vladimir Putin çox yaxşı bilir ki, Azərbaycan, Türkiyə bugünkü vəziyyətdə Rusiya üçün çox önəmli dövlətlərdir. Rusiya Qərbin ən ağır sanksiyaları altında olduğu halda nə Azərbaycan, nə də Türkiyə bu proseslərə qoşulmadı. Rusiya ilə Azərbaycan müttəfiqliyə dair sənədlər də imzalayıb. Bu gün həm də Amerika Avropa ölkələrinə Rusiyanı qorxulu bir kabus kimi təqdim edib, öz iqtisadi və digər maraqlarını təmin etmiş olur”.

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, Rusiya ilə oynamaq bir dövlətin öz taleyi ilə oynamasına bərabərdir: “Ukraynada müharibə başlayandan cəmi 7 ay sonra, 2022-ci ilin sentyabrında Donetsk, Luqansk, Zaparoje və Xersonun Rusiyaya ilhaqı baş tutdu. Rusiya hazırda Ukraynanın 20%-dən çox ərazisini işğal etmiş haldadır. Belə ki, Ukraynanın Türkiyədəki səfiri deyib ki, dövlətlər Ukraynanı atəşkəsə səsləyirlər, lakin anlamırlar ki, belə olan halda ölkənin 25%-i Rusiyanın nəzarəti altında qalacaq. Coğrafiya taledir və Rusiya ilə oynamaq bir dövlətin öz taleyi ilə oynamasına bərabərdir. Buna görədir ki, Rusiya ilə qonşu olan dövlətlərin hər biri bu faktı nəzərə almalıdır. Azərbaycan 1994-cü ildən bəri geosiyasi reallıqları nəzərə alır və bu siyasət bizi Vətən müharibəsində qələbəyə gətirdi. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedyevin "başqa qonşu ölkələrə də girə bilərik" deməsi keçmiş SSRİ-dən qalma qaynaq münaqişə ocaqlarından faydalanması deməkdir. Bu münaqişə ocaqları 2020-ci ilə qədər Qarabağı da əhatə edirdisə, indi xüsusilə Transnistriya (Moldovada), Abxaziya və Cənubi Osetiya (Gürcüstanda) qeyd oluna bilər. Bilirik ki, Gürcüstanda hazırda tarixi hadisələr yaşanır. Dekabrın 10-da “Gürcü Arzusu” Partiyasından yeni prezident seçilsə də, əvvəlki prezident Salome Zurabişvili vəzifəsini tərk etməyəcəyini bəyan edib. Xüsusilə Qərbin dəstəyi ilə Gürcüstan daxili müharibəyə yuvarlana bilər ki, bu da Rusiyanın təbii olaraq ilk addım kimi bəhs olunan bölgələrin ilhaqı ilə nəticələnəcək. Gürcüstanla eyni gündə Aİ üzvlüyünə müraciət edən daha bir postsovet ölkəsi Moldovadır. Moldova Aİ-yə üzv qəbul edilərsə, avtomatik olaraq Transnistriyada 2006-cı ildə keçirilən referendumun nəticələri icra olunacaq. Nəticələrə görə burada yaşayan əhalinin 97,2%-i müstəqillik və Rusiya ilə assosiativ birlik üçün səs vermişdi. Həmçinin Rusiya Moldovanı qazsız buraxmaqla da hədələyir. Hətta bugünlərdə Moldova parlamentinin enerji sektorunda “fövqəladə vəziyyət” elan etdiyini qeyd etmək olar. Beləliklə, Rusiyanın Avropaya üz tutan qonşuları 20-25% torpaq itkisi ilə üzləşir. Ukrayna ssenarisi digərləri üçün də keçərlidir və bunun üçün Rusiyanın resursları var. Avropa böhran anlarında həmişə alternativ mənbə axtarışında ölkəmizə üz tutur. Elə bu səbəblədir ki, 2022-ci ilin iyulunda Aİ-Azərbaycan enerji sazişi imzalanmış və Avropa Azərbaycandan qaz idxalını 2 dəfə artırıb. Cənub Qaz Dəhlizinin yeni interkonnektorlarla genişləndirilməsi və Moldovanın da enerji təminatında rol oynayan “vertikal qaz dəhlizinin” yaradılması üzərində iş gedir. Həmçinin “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Moldovanın ölkəmizlə enerji əməkdaşlığını genişləndirməsi onun üçün mühüm bir “əlavə dəstək” mexanizmi olacaq. Beləliklə, Azərbaycan bloklara qoşulmayaraq öz xarici siyasətini milli maraqlarının təminatı üzərindən gerçəkləşdirir ki, bu da digər dövlətlərin ölkəmizə olan ehtiyacı fonunda bərabərtərəfli əməkdaşlığın artırılmasına və yeni imkanların yaradılmasına töhfə verir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri