Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Məgər Putinə “baş yoldaş” demək Rusiyanın vassalı olmağı qəbullanmaq deyilmi?.. Analitik

Məgər Putinə “baş yoldaş” demək Rusiyanın vassalı olmağı qəbullanmaq deyilmi?.. Analitik

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya  Qazaxıstan üçün daha çox fayda gətirən ölkədir, nəinki ABŞ. Prezident Tokayevin Vaşinqtondan qayıdıb Moskvaya uçmasının arxasında bu problemlərin yaranmaması və tranzitlərin işləməsi dururdu...”

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Vaşinqtonda Tramla görüşüb ona təriflər dedikdən sonra ölkəsinə qayıtdı və az sonra Moskvaya gedib, Putinə daha güclü təriflər yağdırdı və ona " baş yoldaş" deyə müraciət etdi. Məgər bu, yenidən Rusiyanın vassallığını qəbul etmək demək deyilmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  siyasi analitik tahir Cəfərli bunları söyləyib:

“Yox, qətiyyən belə deyil! Qasım-Comərd Tokayevin istər Vaşinqtondakı, istərsə Moskvadakı hərəkətləri diplomatik etikadır. Bu bir evə qonaq gəlmiş insanın davranışıdır. Qonaq gəlmiş həmişə ev yiyəsini tərifləyir. Psixoloji vəziyyəti bunu tələb edir. Diplomatiyada da belədir. Bununla belə, Qazaxıstan Prezidentinin davranışını başa düşmək üçün onun bu səfərlərinin nə ilə əlaqəli olduğunu və hansı iqtisadi maraqlar güddüyünü  düşünməliyik...

Nəzərə alsaq ki, Ukraynadakı müharibə Avropaya gedən tranzit yollarının qarşısını alıb, köhnə tranzitlə  oraya Çin və başqa Şərq ölkələrindən yüklər getmir. Qazaxıstan bu yüklərin Cənub  tranzitləri vasitələri ilə dünyaya çatdırması üçün “orta dövlət “statusu almış ölkəyə çevrilmişdir. Odur ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin Qazaxıstan ətrafında birləşməsi və birliklərini yaratması təklifləri ilə çıxış edirlər və xüsusi layihələri ilə bu işə 14 milyard avro ayırıblar.  Bu layihənin iqtisadi mahiyyəti Qazaxıstanın başçılığı ilə “Orta  tranzit” xətləri vasitəsi ilə Çindən və başqa ölkələrdən gələn yüklərin Cənuba göndərilməsi məqsədi  güdürlər. 

Yadınızda varsa, Prezident Tokayevin Azərbaycana ilk səfəri Çin yüklərinin  Azərbaycandan İrana göndərilməsi ilə başlandı...

Əlbəttə ki, bu tranzitin işləməsində marağı olmayan dövlətlər də vardır və onların Cənubi Qafqazdan keçən yüklərin Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyəyə  və oradan başqa ölkələrə göndərilməsini istəyən dövlətlərdən biri elə ABŞ-dır. Zəngəzurla bağlı Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton səfəri ABŞ Prezidenti Donald Trampın həmin dəhlizin işləməsində maraqlı olduğunu ortaya çıxartdı...  

Hesab edirəm ki, Prezident Tokayev və onunla birlikdə Trampla görüşə çağırılmış Mərkəzi Asiya dövlət başçıları ilə əməkdaşlıq məsələsi də bu tranzitlərin işləməsi ilə bağlıdır. Bununla belə , anlamalıyıq ki, Qazaxıstan “orta dövlət” statuslu yeganə ölkədir ki, əsas tranzitin haradan keçəcəyini o, müəyyən edir...

Əlbəttə ki,Trampın təklif etdiyi marşrutlar ancaq onun  dövlət maraqlarını təmin edir. Nəzərə alsaq ki, ABŞ  Prezidentinin xarici siyasəti proteksionizmdir və ondan əvvəlki prezidentlərin demokratiya oyunbazlığı deyil, ciddi iqtisadi təzyiqlər və siyasi təsirlərdir, Prezident Tokayevin qarşısına Rusiya ilə onun arasında ciddi problemlər  çıxarır. Odur ki, hər iki ona təzyiq edən ölkərdən az təzyiqlisini seçməlidir. Rusiya  Qazaxıstan üçün daha çox fayda gətirən ölkədir, nəinki ABŞ. Prezident Tokayevin Vaşinqtondan qayıdıb Moskvaya uçmasının arxasında bu problemlərin yaranmaması və tranzitlərin işləməsi dururdu. Onun Moskvaya gəlişi Çini də sabitləşdirdi və İranı sevindirdi, faktiki olaraq İranın Şimal dəhlizi açıldı.

Prezident  Tokayev bu yolu seçməklə göstərdi ki, ABŞ-ın onun qarşısına qoyduğu tələblər ilk baxışda Çinə və Rusiyaya qarşı olsa da, əslində Avropa İttifaqına qarşıdır. Bünki bu ittifaqın dağılmasında ABŞ-ın geo-siyasi marağı vardır.

Prezident Tokayev  çox yaxşı bilir ki, ABŞ Rusiyaya qarşı qəbul edəcəyi  yeni sanksiyalar belə, heç nəyi dəyişməyəcək, əksinə, Rusiyanı deyil, Aİ-ni lüt qoyacaq. Onun Moskvada Şimal-Cənub tranzitinin  işləməsinə razılıq verməsi Qazaxıstanın sırf iqtisadi və siyasi marağındadır. Qazaxıstan tranziti vasitəsi ilə Türkmənistana keçməklə İrana yüklərin çatdırılması Şimal-Cənub yolunu işlətdi. Bunun Qazaxıstana gətirdiyi gəlir isə milyardlarla ölçülür. Əslinə qalsa, bu yollar vasitəsi ilə Çinin də malları İrandan keçərək Avropaya çatdırılır. Tokayevin bu hərəkəti onu göstərir ki, onun ölkəsi Rusiya və Çin arasında balansı saxlamaqla güclü iqtisadiyyatı olan ölkəyə çevriləcək, özü də çox qısa bir müddətdə...

K.Tokayev nəyin bahasına olursa-olsun ölkəsində stabilliyi, regionunda isə sülhü saxlamalıdır. Bunu da edir. Şimal –Cənub tranzitinin işləməsi Mərkəzi Asiya ölkələrinin də inkişafına böyük təkan verməlidir. 

Nəzərə alsaq ki, Çin və Aİ Mərkəzi Asiya dövlətləri arasında Orta dəhliz  layihəsinin işləməsində də maraqlıdır, aydındır ki, Azərbaycanımız da bu dəhlizdən kənarda qalmır -  Azərbaycandan keçən yüklər Qara dənizə çatdırılır. Odur ki, “ Orta xətt ” tranziti  Cənubi Qafqazda sülhün və  əmin-amanlığın təminatçısına çevrilir...”

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri