Icma.az
close
up
RU
Uzun fasilədən sonra yenidən Putinə hesabat verilir ANALİTİK

Uzun fasilədən sonra yenidən Putinə hesabat verilir ANALİTİK

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İrəvan hökumətinin başçısı bəzi məsələlərdə həm tələsmək, həm də Rusiya ilə münasibətləri normallaşdırmaq qərarına gəlib

Ermənistan rəhbərliyi son günlər diplomatik hərəkətliliyi artırıb. Ötən gün Baş nazir Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Paşinyan sülh sazişi üzrə danışıqların başa çatması barədə Makrona məlumat verib. Həmsöhbətlər Ermənistan-Fransa və Ermənistan-AB münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər. Qeyd edək ki, Paşinyan bundan öncə Rusiya lideri Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiana da zəng edərək, Azərbaycanla sülh sazişi mətninin razılaşdırılması barədə məlumat verib. 

Telefon danışığı zamanı Paşinyan Azərbaycanla sülh sazişinin bağlanması üzrə danışıqların başa çatması barədə Pezeşkianı məlumatlandırıb. Bundan başqa, tərəflər arasında regional və ikitərəfli gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Paşinyan Rusiya lideri V.Putinə də Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatları çatdırıb. Tərəflər regional və ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır. Zaxarova onu da deyib ki, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına və regionda nəqliyyat kommunikasiyalarının bərpa edilməsinə yardım göstərməyi hədəfləyir. Ekspertlərə görə, sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan erməni baş nazirin telefon trafikinin trayektoriyasının hədəfləri var. Məqsəd iki regional ölkənin - Rusiya və İranın dəstəyini əldə etmək və Azərbaycan qarşısında balansı xeyrinə dəyişdirməkdir. Həmçinin, Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etməkdir. Ermənistan Azərbaycana qarşı regional təzyiq trayektoriyası formalaşdıra biləcəyinə ümid edir. Diplomatik addımlara paralel olaraq, sərhəddə yenidən təxribatlara əl atması da bu məqsədi daşıyır. 


Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Rusiya ənənəvi olaraq təsir zonaları hesab etdiyi bölgələrdə onun iradəsindən kənar baş verən proseslərdən çox da xoşlanmır. Ekspert vurğulayıb ki, son üç ildə Cənubi Qafqazda faktiki olaraq bu, baş verirdi, yəni proseslər Moskvanın nəzarətindən kənarda irəliləyirdi:

 "Rusiya-Ukrayna savaşından dolayı Kremlin regionda təsir imkanları xeyli məhdudlaşmışdı. Ermənistan Rusiyadan aralanaraq xeyli dərəcədə Qərbə meyillənmişdi. ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlişindən sonra böyük mənada dünyada yeni proseslər baş verməkdədir. Ermənistan uzun illər elə bir illüziyaya qapılmışdı ki, Qərbdən, Avropa İttifaqından, Bayden administrasiyasından dəstək və təhlükəsizlik qarantiyası gözləyirdi. Faktiki olaraq ötən ilin aprelin 5-də Brüsseldə keçirilən üçətərəfli görüşdə Ermənistanın dəstəklənməsi ilə bağlı proqram qəbul olundu. Paşinyan və onun komandası məhz buna arxayın olaraq Rusiya platformalarını inkaretmə siyasəti həyata keçirirdi. İrəvan dolayı yolla 2022-ci ilin noyabr ayından etibarən KTMT-də iştirakını dayandırıb. Bundan başqa, MDB toplantılarında davamlı iştirak etmirdi. Rusiya rəhbərinin birbaşa ABŞ prezidenti ilə telefon danışıqları dünyadakı bir çox prosesə ciddi təsir göstərdi. Məhz ABŞ-nin səyi ilə Avropa İttifaqı Rusiya-Ukrayna savaşındakı danışıqlar formatından kənarda saxlanılıb. Avropanın özünün təhlükəsizliyi ilə bağlı ciddi problemlər üzə çıxdı. Paşinyan da bu gedişatı çox yaxşı görür. Baş nazirin üç günlük ABŞ səfəri də istənilən nəticəni vermədi".

Analitik vurğulayıb ki, Ermənistan rəhbərliyi Rusiyanın Cənubi Qafqazda təsirinin yenidən güclənəcəyini bildiyindən Moskva ilə münasibətləri normalaşdırmağa çalışır: 

"Ermənistan Parlamentinə təqdim olunmuş avrointeqrasiya ilə bağlı qanun layihəsinin müzakirəsi də iki aylıq təxirə salınıb. Paşinyan Rusiya Prezidenti V.Putinin dəvəti üzrə 9 may paradında iştiraka razılıq verib. Qatı anti-Rusiya mövqeli siyasətçi, parlament sədri Alen Simonyan MDB dövlətlərinin parlament sədrlərinin sammitində iştirakla bağlı müsbət mövqe sərgiləyib. Bütün bunların hamısı Ermənistan hökumətinin Rusiya ilə bağlı narahatlığının təzahürüdür. Rusiyanın əsas adamlarından sayılan Robert Köçəryan da mətbuat konfransında hazırkı hökumətə meydan oxudu. Bu da Paşinyanı ciddi düşündürən amildir. Ona görə də İrəvan hökumətinin başçısı bəzi məsələlərdə həm tələsmək, həm də Rusiya ilə münasibətləri normallaşdırmaq qərarına gəlib. Məhz o səbəbdən uzun fasilədən sonra yenidən Putinə hesabat verilir. Bənzər addımları bundan sonra da görəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri