Məğlubedilməz in ulduzu xəstəxanaya yerləşdirildi
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur döyüş filmi olan "Məğlubedilməz"də (Die Hard) terrorçu Uli rolu ilə tanınan Hollivud aktyoru və kaskadyoru Al Leonq insult keçirdikdən sonra təcili olaraq Kaliforniyada xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Aktyorun ailəsinə yaxın mənbələrin məlumatına görə, hadisə ötən həftə baş verib. Hazırda sənətçinin vəziyyəti barədə məlumat verilmir. Leonqun ailəsi ictimaiyyətdən onların şəxsi həyat toxunulmazlığı hüququna hörmətlə yanaşmağı və detalları yaymamağı xahiş edib.
Al Leonq kino karyerasına 1981-ci ildə kiçik bir rolla başlayıb. Aktyorun ən yaddaqalan işləri arasında "Kiçik Çində böyük qarmaqarışıqlıq" (1986) filmində "Vinq Konq" döyüşçüsü və "Ölümcül silah" (1987) filmindəki muzdlu qatil Endo obrazları var.
Ona ən böyük şöhrəti isə "Məğlubedilməz" (1988) filmindəki Uli rolu qazandırıb. Onun canlandırdığı personaj Los-Ancelesdəki "Nakatomi Plaza" göydələnini ələ keçirən terrorçu qruplaşmasının üzvü idi və Brüs Uillisin qəhrəmanı – polis Con Makkleynlə silahlı toqquşmada həlak olurdu.
Leonqun filmoqrafiyasında "Bill və Tedin inanılmaz sərgüzəştləri" (1989) komediyasında Çingiz xan rolu, həmçinin "Ti Cey Huker" və "Yolların cəngavəri" kimi məşhur teleseriallarda iştirakı da var. Döyüş sənətlərinin inkişafındakı xidmətlərinə görə 2014-cü ildə Al Leonq Döyüş Sənətləri Tarixi Muzeyinin "Şöhrət Zalı"na daxil edilib.
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı Məşhur aktyordan süni intellekt açıqlaması Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















