Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, “RTV Slovenija”nın istehsalı olan film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş Azərbaycan qəhrəmanının döyüş yoluna işıq salır.
Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli filmin Azərbaycan və Sloveniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Mehdi Hüseynzadənin qəhrəmanlığının iki xalqın ortaq tarixində xüsusi yer tutduğunu deyib: “Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, eləcə də Oğuz və İsmayıllı rayonlarında aparılıb. Sənədli filmin hazırlanmasına Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar dəstək göstərib”.
AzTv-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli sənədli filmin ərsəyə gəlməsi prosesi və çəkilişlər haqqında danışıb. O, ekran əsərinin Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin beynəlxalq auditoriyaya çatdırılmasına töhfə verdiyini qeyd edib.
Mehdi Hüseynzadənin ailə üzvləri Hənifə Əlizadə və Mehdi Əzizbəyov qəhrəman partizanın həyat və döyüş yolunun ekran əsərində əks olunmasının onun irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Qonaqlar sonda filmi izləyiblər.
Baxış sayı:157
Bu xəbər 02 Noyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















