Mehdiyev Əli Kərimli ilə bu şəkildə əlaqə saxlayırmış
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ramiz Mehdiyev Əli Kərimli ilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov vasitəsilə əlaqə qurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf İnformasiya Agentliyi Ramiz Mehdiyevin “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələri haqda yazısında bildirilib.
“Məlumatına görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş”.
Baxış sayı:29
Bu xəbər 29 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















