Icma.az
close
up
RU
Əli Kərimli və Ramiz Mehdiyev ruh əkizi dir

Əli Kərimli və Ramiz Mehdiyev ruh əkizi dir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AXCP sədri Əli Kərimlinin “Ramiz Mehdiyev işi” ilə əlaqədar istintaqa cəlb olunmasını və məhkəmənin onun barəsində həbs qətimkan tədbirini çıxarmasını müəyyən qruplar və şəxslər narazılıqla və narahatlıqla qarşılayıblar.

Ramiz Mehdiyev hara, Əli Kərimli hara? Onillərlə bir-birinə qarşı mübarizə aparan bu iki adam necə bir yerdə ola bilər?

R.Mehdiyev Rusiyanın əsas adamı olmaqla Azərbaycanda Kremlin təlimatlarını reallaşdırıb.

Ə.Kərimli isə bütün çıxışlarında Rusiya hakimiyyətini, onun “imperiya siyasətini” lənətləyib.

Baxışları bu qədər fərqli olan iki şəxsin hakimiyyət uğrunda mübarizədə birləşməsi mümkündürmü?

Bax, beləcə gəlib çıxırıq əsas məsələyə-hakimiyyət uğrunda mübarizəyə.

Bu elə məsələdir ki, həm Ramiz Mehdiyevi, həm də Əli Kərimlini kiminlə desən birləşdirər, kiminlə desən qanlı-bıçaq düşmənə çevirər.

Əgər Ə.Elçibəyin gənc yaşlarından himayəyə götürdüyü və 28 yaşında Dövlət katibi təyin etdiyi Ə.Kərimli hakimiyyət maraqları naminə:

Liderinin etimadından sui-istifadə edərək onu aldadır və partiyanı ələ keçirə bilirsə;

Özünün formalaşdırdığı və sədrlik etdiyi qurumun-Rəyasət heyətinin iclaslarında Elçibəyi çıxılmaz vəziyyətə salıb siyasərdən və həyatdan küsdürə bilirsə;

AXCP sədrinin ağır xəstəliklə mübarizə apardığı günlərdə və rəhmətə gedib xüsusi təyyarə ilə Bakıya gətirildiyi saatlarda onu təhqir edən yazıların dərc olunmasını təşkil edə bilirsə;

Prezident seçkilərində komanda yoldaşı, AXC-Müsavat parlamentinin sədri İsa Qəmbəri deyil, təmsil olunduğu hakimiyyətin yıxılmasında baş rollardan birini oynayan MİP sədri Etibar Məmmədovu dəstəkləyə bilirsə;

Elçibəydən sonra AXCP liderliyini ələ almaq üçün R.Mehdiyev başda olmaqla hakimiyyətin müəyyən dairələri ilə danışıqlara gedib rəqiblərini sıradan çıxarırsa və dalbadal Milli Məclisə düşmək imkanı əldə edə bilirsə, eyni hərəkətləri bu gün-hakimiyyətə gəlmək şansının böyük sürətlə “0” nöqtəsinə yaxınlaşdığı məqamda nədən  “sınamasın” və adət etdiyi “mənəvi normalardan”  imtina etsin.

Təbii ki, bu şəraitdə onun ittifaqa girə biləcəyi şəxs, mənəvi cəhətdən ona hamıdan yaxın olan  Ramiz Mehdiyevdir. Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin yardımları ilə yüksək vəzifələrə qalxan, bəzilərinin onu “boz kardinal” adlandırmasından xoşhallanan Ramiz Mehdiyev.

25 ildən artıq dövlət rəhbərliyində olan və vəzifədən getdikdən sonra Azərbaycan dövlətinin 44 günlük müharibədə və 23 saatlıq “antiterror” əməliyyatında qazandığı qələbələr barədə “danışmaq istəmədiyini” deyən Ramiz Mehdiyev.

Əli Kərimli ilə Ramiz Mehdiyev bu gün Azərbaycanda mənəvi cəhətdən bir-birinə hər kəsdən çox yaxın olan iki “ruh ekizi”dir. Üzərlərində haqqı olan şəxsiyyətlərə xəyanət edən və hakimiyyət naminə hər kəslə ittifaqa getməyə hazır olan bu iki şəxs ən təbii müttəfiqlərdir və onların bir yerdə hakimiyyət uğrunda mübarizə aparmaları heç kimi təəccübləndirməməlidir.

Bu “müqəddəs mübarizə”də onların planlaşdırdığı addımlar, gördükləri işlər barədə isə istintaqı aparan qurumlar yəqin ki, yaxın zamanlarda ətraflı məlumat verəcəklər.

Gözləyək.

Abutalıb Səmədov
“Alyans”SAM-ın sədri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri