Əli Kərimli Ramiz Mehdiyev İttifaqı: Çökdürülən sistemin anatomiyası
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanın siyasi səhnəsində uzun illərdir təkrar-təkrar gündəmə qayıdan, lakin heç vaxt tam izahı verilməyən suallar silsiləsi var: Müxalifətin hər fürsətdə önə çıxarılıb tanıdılan fiquru kimi Əli Kərimlinin real siyasi statusu nədən ibarətdir? O, həqiqətən “ana müxalifət lideri”dirmi, yoxsa siyasi elmdə “Controlled Opposition” adlanan strategiyanın ölkə müxalifətində fəaliyyət göstərən bir oyunçusudurmu? Bu sualların yenidən aktuallaşması təsadüfi deyil. Ramiz Mehdiyev barəsində açılmış cinayət işi və Əli Kərimlinin həbsi gündəm üçün yeni qütb yaratdı. İctimai rəyə görə bu iki prosesin eyni vaxtda baş verməsi və bir-biri ilə əlaqəli olması uzun illər gizlədildiyi iddia olunan kölgə ittifaqının üzə çıxmasına səbəb olub.
Dünya siyasətində, xüsusilə postsovet siyasi modelində “kontrollu müxalifət” konsepti deyilən bir anlayış mövcuddur. Siyasilərə yaxşı məlum olan terminlərdən olan “managed pluralism” (idarə olunan plüralizm), onun bir elementi isə “controlled opposition”dir (kontrollu müxalifət). Bu modeldə hakimiyyət müəyyən güc balansını qorumaq üçün müxalifət daxilində idarə olunan “lider” saxlayır və radikal dəyişiklik potensialını neytrallaşdırır.
Bu kontekstdən baxanda, Əli Kərimli ətrafında formalaşmış ictimai şübhələr də təsadüfi görünmürdü: Hansısa BOZ KARDİNAL onu 30 ilə yaxındır “radikal müxalifət” kimi tanıdır və onun əli ilə müxalif qüvvələrin real siyasi nəticə əldə etməsinə imkan yaratmır. Müxalifət daxilində onu alternativ görənlərin əksəriyyətini sıradan çıxarır və ya ləkələyir.
Hər köklü siyasi proseslər və dəyişikliklərdə onun adı ətrafında qalmaqal yaradır, lakin heç vaxt həbs olunmasına izn vermir. O, hər zaman müxalifətin rəsmi siması kimi cəmiyyətə “sırayır”. Bir az gözdən itən kimi lazımsız və qeyri-ciddi ajiotajlarla yenidən gündəmə çıxarırdı.
Burada əsas sual ortaya çıxır: Niyə məhz o? Niyə alternativ liderlər yetişdirilmirdi? Artıq bütün bu sualların cavabı hər kəsə məlumdur…
Media və ictimai diskursda dolaşan iddiaları da nəzərə alaraq məsələyə nəzəri baxımdan yanaşsaq, əslində, baş verən siyasi proseslərin məzmunu deyil, onların illərdir cəmiyyətin gözü önündə sistemli şəkildə təkrarlanması və bu prosesləri həyata keçirən şər ittifaqlarının özlərini necə maskalaması, dövlətin öz gücünü göstərməsi ilə bu çirkin planın deşifrə olunması daha önəmlidir. Məlumdur ki, bu prosesin baş memarı Ramiz Mehdiyev uzun illər hm də “kölgə siyasəti”nin memarı kimi tanınıb.
Sovet KQB məktəbi keçmiş Mehdiyev ideoloji nəzarət modeli ilə seçilib və bir çox siyasi proseslərdə arxa səhnə oyunçusu olmaqda, nəhayət, Rusiya xətti ilə hakimiyyəti ələ keçirməkdə ittiham olunub. Bu məsələ ilə bağlı istintaqa cəlb olunan Əli Kərimlinin də Rusiyanın bu siyasi oyununda yer alması faktı araşdırılır və verilən ilkin açıqlamalardan da məlum olur ki, ortada Mehdiyev-Kərimli gizli ittifaqı var.
Kərimlinin Qərbin siyasi aləti olması hər kəsə məlum idi, amma eyni fiqurun həm Rusiya, həm də Qərb xəttinə yaxın durması faktı aşkarlandıqdan sonra bu “siyasətçinin” Ramiz Mehdiyevin əli ilə tutulan əsl MAŞA MÜXALİFƏTi olması bilməyənlərə bir daha agah oldu ki, buna da siyasi texnologiyada “dual balans” deyilir. Belə balans radikal dəyişiklikləri bloklamaq və ya destruktiv addımlarla müxalifət adından istifadə edib süni güc disbalansı formalaşdıraraq maşa kimi istifadə etməklə hakimiyyət dəyişikliyi üçün istifadə olunur. Bu istiqamətdə isə ən müxtəlif ssenarilərə əl atılır.
Belə ssenarilərdən biri də Milli Şura adlandırılan qurumun yaradılması idi. Tarix xatırladır ki, Milli Şuranın qəribə arxitekturası olub. 2013-cü ildə yaradılan Milli Şura ictimai diskursda faktlara söykənilərək Rusiyanın layihəsi adlandırılır. Onun ideoloji nüvəsi Rusiyaya yaxınlığı ilə tanınan bir qrup antimilli “elit” simanın, o cümlədən “akademik” çevrələrin ətrafında formalaşmışdı.
Əsas sual isə budur: Niyə Moskva ssenarisi olan Milli Şuranın vitrin lideri kimi Əli Kərimli seçilmişdi? Çünki Moskva üçün “zəif, idarəolunan, Qərbə inteqrasiya iddiasında olan, xarici donorlarla sövdələşməyə hər an hazır olan bir müxalif fiqur” balans yaratmaq üçün ideal idi. R.Mehdiyev üçün isə radikal potensialı olmayan, idarə edilə bilən “müxalifət lideri” modeli arzuolunan idi. Siyasi prosesləri yaxından izləyən hər kəs bilir ki siyasi şaxələndirmə və kontrollu müxalifət modeli regionda Kremlin ənənəvi alətlərindən biridir. Bu baxımdan, Milli Şura layihəsinin məhz Əli Kərimli kimi ictimaiyyətə “tanıdılmış” və “istiqamətverici” “liderin” adı ilə gücləndirilməsi qətiyyən təsadüfi deyil. Bu məsələdə bəlkə də dünya siyasətində paralellər aparıla biləcək Ə.Kərimov kimi cılız ikinci bir siyasətçi yoxdur.
Kərimlinin qaranlıq siyasi yoluna işıq salmaq üçün media və ictimai rəyin ən çox fokslandığı suallardan biri də elə zülmət maliyyələşməsi və şəxsi mənfəəti ilə bağlıdır: Əli Kərimli 20 ildən artıqdır rəsmi gəlirsiz yaşayır, bəs siyasi fəaliyyət, media strukturları, mitinqlər, vəkil xərcləri və s. xərclər necə maliyyələşir? Oğlu necə və hansı vəsaitlə Avropada təhsil alıb və yaşayır? “Azadlıq” qəzetinin bağlanmasından sonra kimlər tərəfindən maliyyələşdirildiyi barədə konkret açıq hesabat niyə mövcud deyil? AXCP üzvlərindən toplanan vəsaitlər (hesabatlılıq yoxdur) real ehtiyacları qarşılayırmı, yoxsa kölgə donorlar mövcuddur? İctimaiyyətə məlum olan Saleh Rüstəmli vasitəsilə, “Milyarderlər İttifaqı”, müxtəlif xarici təşkilatların ən müxtəlif variantlarla xaricdən göndərdiyi yardımlar barədə dəqiq və rəsmi bəyanatlar niyə verilmir?
Bu suallar ittiham deyil, müasir demokratik siyasətin tələb etdiyi şəffaflıq standartlarıdır. “Demokratik siyasət” demişkən, legitimlik baxımdan əsl demokratik mübarizə aparan, xarici qüvvələrin maşası olmayan müxalifət üçün üç əsas şərt var:
1. Şəffaf maliyyə
2. İdeoloji ardıcıllıq
3. Alternativ kadr və strateji proqram.
Əli Kərimli ilə bağlı ictimai şübhələri qidalandıran da məhz bu üç strateji defisitdir. İctimai qavrayışda isə bu üç sualın hamısı açıq qalır. Ortaya çıxan siyasi dialektik paradoksa nəzər yetirək:
1. Şəffaf maliyyə və hesabatlılıq:
Müasir siyasi sistemdə legitimlik yalnız ideya ilə deyil, həm də maliyyə şəffaflığı ilə ölçülür. Lakin məlumdur ki AXCP indiyədək nə dövlət qeydiyyatındakı partiyalar üçün tələb olunan illik maliyyə hesabatını, nə də seçki qanunvericiliyinin tələb etdiyi şəkildə MSK-ya rəsmi maliyyə bəyannaməsini təqdim edib. Bu, Azərbaycanın qanunvericiliyi ilə birmənalı ziddiyyətdir və ictimai rəyin ən çox cavab gözlədiyi suallardan biridir ki, partiyanın maliyyə mənbələri haradandır?
Bu vəsaitlərin bir hissəsinin xaricdən göndərildiyi iddiaları dəfələrlə üzə çıxsa da, görəsən, indi üzə çıxan hakimiyyətdəki donorlarımı rəsmi tədbir görülməsinin qarşısını almışdı? AXCP üzvlərindən yığılan vəsaitlər partiyanın genişmiqyaslı fəaliyyətini qarşılayırmı? Əgər hər şey qanunidirsə, şəffaf hesabat təqdim etmək ən normal addım deyilmi? Bunların əksini düşündükdə, demokratiya adına danışmaq inandırıcılığını itirir və haqlı şübhələr yaranır. AXCP-nin fəaliyyəti ilə bağlı mütəmadi səslənən iddiaların əksəriyyəti ondan ibarətdir ki, partiyanın maliyyə hesabatlılığı hətta MSK səviyyəsində belə təqdim olunmur.
Siyasi təşkilatın maliyyəsinin mənbələri, ianə axınlarının həcmi, media platformalarının (xüsusilə “Azadlıq” qəzetinin), sponsorlu sosial şəbəkə hesablarının maliyyə dayanıqlığına dair suallar uzun illərdir açıq qalır. AXCP üzvlərinin bir çoxunun bildirdiyinə görə, partiyanın büdcəsi yalnız rəhbərlik çevrəsində bilinir və sıravi üzvlər belə məlumatlara malik deyillər.
Bu şəffaflıq problemi fonunda isə cəmiyyətdə ardıcıl səsləndirilən və cavabı verilə bilməyən bu suallar siyasi proseslər üzərinə kölgə salmaqda davam edir. Nəticə etibarilə bu vəziyyət Əli Kərimli ünsürünün xarici güclərlə işbirliyi ehtimalını qüvvətləndirən ən güclü indikatorlardan biri kimi meydanda qalır.
2.İdeoloji ardıcıllıq və siyasi xəttin qeyri-müəyyənliyi:
Əbülfəz Elçibəyin rəhbərliyi dövründə AXCP üçün Azərbaycan siyasi mübarizəsinin əsas sütunları türkçülük, Bütöv Azərbaycan ideyası, milli müstəqillik, Rusiya və İran təsirindən tam qurtuluş idi. Elçibəyin siyasi məktəbi mübarizəni bütövlükdə türk dünyası perspektivinə bağlayırdı. Lakin Əli Kərimli bu ideoloji xətti davam etdirməyib, əksinə zamanla bu xətdən məsafə saxlayıb. Əli Kərimli son 20 ildə nə Türkçülük konsepsiyasını davam etdirdi, nə də Bütöv Azərbaycan tezisini siyasi kursun əsas xətti kimi qorudu. Son illərin siyasi ritorikasında türk kimliyi, milli ideya və geosiyasi türk yönümlü strateji istiqamətlər demək olar ki, tamamilə arxa plana keçib.
Əvəzində liberal-qərbçi diskursun, qrant əsaslı mübarizə modelinin və sosial şəbəkə populizminin əsaslaşması müşahidə olundu. Hansı ki, bu davranış da təsadüfi sayıla bilməz və heç şübhəsiz verilən tapşırıqların icrası fonunda baş vermişdir. İctimai diskursda tez-tez səslənən arqument də məhz budur ki, Əgər Əli Kərimli Elçibəyin varisi idisə, niyə onun ən əsas ideoloji xəttindən imtina etdi?
Niyə türkçülük, milli identiklik, Bütöv Azərbaycan kimi strateji mövzular onun siyasi ritorikasından tamamilə çıxarıldı? Niyə siyasi mesaj dili milli kimlik üzərindən deyil, abstrakt liberal şüarlar üzərindən quruldu? Bu ziddiyyət haqlı olaraq hər kəs tərəfindən ideoloji xəyanət kimi qiymətləndirilir. Çünki Elçibəy məktəbi milli-mənəvi dayaqlar üzərində qurulmuşdu, AXCP-nin hazırkı siyasi xətti isə ideoloji boşluq və taktiki populizmdən uzağa getmir.
3.Alternativ kadr, institusional struktur və təşkilati böhran:
AXCP haqqında ictimai tənqidlərin əsas hədəflərindən biri də təşkilati legitimlik məsələsidir. Məsələn, AXCP-nin hazırkı rəhbərliyində partiyanın qurucularından heç biri qalmayıb. Əksinə, Elçibəy ideologiyasını təmsil etmiş, demək olar ki, bütün simalar ya siyasi səhnəni tərk edib, ya da Əli Kərimli ilə açıq qarşıdurmaya keçmiş, uzaqlaşanlar “sehirli” qüvvələrin ictimai və siyasi dəstəyi ilə satqın kimi göstərilməyə çalışılmış, siyasi keçmişi ifunətli olanlar isə bu təşkişata gedəndə onlardan qəhrəman obrazı yaradılmışdır (nümunə olaraq Ramiz Mehdiyevə mədhiyyələr qoşan keçmiş deputat Gültəkin Hacıbəylini göstərmək olar). Partiyada kadr islahatı yoxdur, uzun illərdir eyni fiqurlar, eyni ritorika, eyni taktika. Orada olan bir qrup sosial şəbəkə muzdlu dəstəsi isə bütün baş verənlərin fərqində olsa da maddi marağa görə baş verən proseslərə göz yumurlar.
Bu isə siyasi nəzəriyyədə “liderə bağlı şəbəkə modeli” adlanır və real təşkilatlanma potensialı olmayan strukturlar üçün xarakterikdir. Alternativ kadrların yetişdirilməməsi isə idarəetmə fəlsəfəsini açıq şəkildə göstərir: AXCP “lider” mərkəzli, qeyri-demokratik idarəetmə modeli ilə fəaliyyət göstərir. Belə olan təqdirdə həmin qruplaşmanı idarə etmək daha rahat olur. Görünür həm Qərb, həm Rusiya, həm də Rusiyanın əlaltısı Ramiz Mehdiyev də Əli Kərimli və dəstəsini belə idarə edib. Bu da əsas və yeni bir sualı doğurur k, əgər partiya daxilində demokratik institutlar yoxdursa, belə bir partiya ölkə səviyyəsində demokratiyadan necə danışa bilər? Bu suallar mühakimə yox, siyasi analizin məğzidir.
Nəticə etibarilə Azərbaycan siyasətinin 30 illik əsas problemi Əli Kərimov kimi qaranlıq qüvvələr vasitəsilə kölgə salınan, inkişafının qarşısı alınan şəffaflıq və ədalətli rəqabətlilikdir. Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan siyasətində hakimiyyəti ələ keçirmək istəyən xarici qüvvələrə bağlı böhran və qaragüruh maşınları həm hakimiyyət, həm də müxalifət daxilində kök atmış, real şəraitin yetişməsini gözləmiş, gizli maraq koalisiyaları formalaşmış, şəxsi ambisiyalar vətənə xəyanətə qədər uzanmış və bu illər ərzində ictimai şübhələr cavabsız saxlanılmış, Azərbaycan siyasi arenasında real demokratik rəqabət müstəvisinə keçidin qarşısı alınaraq müxalifətçiliyin belə monopoliyası formalaşdırılmışdır. Bu mənzərə isə demokratik mübarizə obrazını imitasiya edən idarə olunan müxalifət modelinin təəssüratını gücləndirir.
Bu sadalananlar qətiyyən ittiham deyil, milli siyasi sistemdə şəffaflıq üçün çağırışdır. Ümumi analitik nəticəyə söykənsək, əslində, AXCP ideologiyasının mahiyyəti milli hərəkat təməlindən qrant diplomatiyasına doğru dəyişib. Bu minvalla ideoloji ardıcıllığın qırılması, siyasi xəttin transformasiyası və AXCP rəhbərliyinin kursunun milli azadlıq hərəkatının xəttindən kənara çıxması bu təşkilatın və onun “sədrinin” hakimiyyətdəki ifşa olunmuş antimilli qüvvələrin əli ilə tutulmuş xaricin maşası təsəvvürünü formalaşdırır. Siyasi elmi analiz göstərir ki, AXCP modeli real müxalifət arxitekturasından daha çox kənardan idarə olunan siyasi konstruksiya, daxili elita qruplaşmasının nəzarətində olan struktur, xarici qüvvələrin dövlətə təsir balansının qorunması üçün sistemiçi aktor rolundadır.
Yuxarıda sadalanan bu transformasiya və maliyyə mexanizmlərinin qaranlıq qalması da Əli Kərimlinin xarici güclərin siyasi alətinə çevrilməsi ehtimalını gücləndirən başlıca indikatorlar kimi götürülə bilər. Hər kəs üçün bugünədək açıq qalmış əsas suallardan biri isə çox güman ki, “Niyə real mübarizə aparan liderlər ya susduruldu, ya həbs edildi, lakin Əli Kərimli sistem daxilində manevr etmək imkanı əldə etdi?” sualıdır. Bu sualın cavabı da son proseslərlə birgə ictimaiyyətə məlum oldu və siyasi reallıqların fonunda ön plana çıxan aşağıdakı ehtimalla bağlıdır: Əli Kərimli kontrolda saxlanılmış siyasi fiqur olmuş və onun rolu xarici güclər tərəfindən hakimiyyətə pressinq tətbiq etməklə siyasi balansı tənzimlənmək olmuşdur. Siyasi formatı isə zamanı çatanda Rusiyanın Ramiz Mehdiyev vasitəsilə həyata keçirmək istədiyi plan üzrə hərəkət edən “idarə olunan müxalifət” formatıdır.
Xatırlayırsınızsa, belə planlardan biri də bəzilərinin siyasi layihə, əksəriyyətin isə instrument hesab etdiyi Milli Şura proyekti idi. Azərbaycan siyasi mühitində ən çox mübahisə doğuran məsələlərdən biri də Milli Şura platformasının yaranması və bu qurumun uzun müddət ərzində Rusiyanın bölgədə balans müxalifəti yaratma layihəsi kimi izah edilməsidir. Ən təəccüblü suallardan biri isə budur ki, əgər Milli Şura belə bir formatda təqdim edilirdisə, Əli Kərimli nə üçün həmin strukturun “lider”liyini öz üzərinə götürdü və niyə sonadək bu layihədən imtina etmədi? Siyasi prosesləri yaxından izləyən hər kəs bilir ki, siyasi şaxələndirmə və kontrollu müxalifət modeli regionda Kremlin ənənəvi alətlərindən biridir.
Bu baxımdan, Milli Şura layihəsinin məhz Əli Kərimli kimi ictimaiyyətə tanıdılmış və “istiqamətverici” “liderin” adı ilə gücləndirilməsi qətiyyən təsadüfi deyil. Lakin görünür, Rusiya Qərbin geosiyasi maraqlarını və Ə.Kərimlinin obraz divergensiyasını, Cənubi Qafqazın enerji və strateji tranzit rolunun Qərb üçün vacibliyini anlayaraq, Kərimlinin Qərb yönümlü bəyanatları, çağırışlarını, Qərb donor institutları ilə “əməkdaşlıqlarını” nəzərə alaraq, 2013-cü il Prezident seçkilərində ona güvənməyib prezidentliyə namizəd kimi başqa maşalarını irəli sürdü.
Əlavə olaraq, Qərb media orqanlarının ardıcıl şəkildə Azərbaycanın prinsipal və keçmişi olan mühafizəkar müxalifət liderlərini bir kənara qoyaraq nədənsə Ə.Kərimlini “ana müxalifət lideri” kimi təqdim etməsi, lakin onun real kütlə dəstəyinin de-fakto azalması, həmçinin illərdir həbs edilməməsi fonunda digər müxalif fiqurların repressiyaya məruz qalması, silahdaşları məhbəsə gedərkən onun parlamentə buraxılması cəmiyyətdə əsaslı şübhələr doğuran siyasi paradoksdur. Bu amillər birləşəndə həm Qərb, həm də Rusiya tərəfindən Kərimliyə əldə tutulan MAŞA kimi baxılması və istifadə olunması fərqli obrazlarla təqdim olunması təbiidir. Bu, geosiyasi balans, strateji maraqlar və yerli siyasi reallıqları öz xeyrinə dəyişmək istəyən qüvvələrin siyasi oyunlarından biridir ki, Azərbaycan hüquq mühafizə orqanları da bu siyasi oyunu pozub və gizli şəkildə təşkilatlanmış MAŞA MÜXALİFƏTİ-ni ifşa edib.
Nəticə etibarilə, siyasi analitik düşüncənin fonunda bütün bu proseslər Əli Kərimlinin siyasi fəaliyyətinin xarici güclərin maraqlarına uyğun formada yönləndirilməsi ehtimalını gücləndirir və ictimaiyyət üçün açıq qalan sualların cavablandırılmasını labüd edir. Dövlətçilik baxımından ən təhlükəli ssenari idarə olunan müxalifətin cəmiyyətə real alternativ kimi təqdim edilməsidir. Artıq bu günə qədər cəmiyyətdə formalaşan sualların mahiyyəti isə DTX-nin son əməliyyatı ilə tək bir istiqamətə yönəlib və sullar öz cavabını tapıb: Əli Kərimli, əslində, “MAŞA MÜXALİFƏTİ”dir və xarici güclərin siyasi balans alətinə çevrilmiş sistemiçi aktordur.
Siyasi ekspert Mətin Quliyev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















