Icma.az
close
up
RU
Mehdiyev Kərimli Hacıbəyli xəyanətində xüsusi İZLƏR

Mehdiyev Kərimli Hacıbəyli xəyanətində xüsusi İZLƏR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“AXCP sədri Əli Kərimli mərhum prezident Əbülbəz Elçibəyin birinci müavini olduğu dövrdə belə hakimiyyətlə əməkdaşlıq edirdi”. 

Bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, həmin dövrdə də bu barədə müxtəlif məlumatlar yayılıb: 

“O dövrdə hələlik adının çəkmədiyimiz iki məmur vasitəsi ilə AXCP sədriylə əməkdaşlıq qurulurdu. 

Həmin məlumatlara görə, bu iki məmur Əli Kərimli ilə hakimiyyət arasında danışıqlar aparıblar. Bu danışıqlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin tapşırığı əsasında həyata keçirilib. Əli Kərimli ilə hakimiyyətin gizli şəkildə əməkdaşlıq etdiyi o dövrdə belə bilinirdi”.

Siyasətçi qeyd edib ki, Azərbaycan ictimaiyyəti uzun müddətdir Əli Kərimli ilə Ramiz Mehdiyevlə əlaqəsinin olduğunu bilir: 

“Bu barədə dəfələrlə mətbuatda məlumatlar yayılıb. Mən də Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi Milli Şuranın əsas yaradıcı şəxslərinin Ramiz Mehdiyevlə əlaqəsinin olmasına şübhə etmirəm. Çünki Əli Kərimli bütün fəaliyyəti dövründə həm daxildən, həm də xaricdən sifarişlərin icraçısı olub. O, daxildən göstərişləri Mehdiyevdən alıb”. 

N.Orduxanlı hesab edir ki, Əli Kərimli və Gültəkin Hacıbəylinin Rusiyaya çalışdığı istintaqın gedişində üzə çıxacaq: 

“Hazırda onlar barədə hüquq-mühafizə orqanlarının ittihamları var. Bununla bağlı həbslər də olub. Söhbət daha çox Ramiz Mehdiyev və Əli Kərimlidən gedir. Düşünürəm ki, istintaq obyektiv şəkildə bu məsələni araşdırır. Mütəmadi olaraq ictimaiyyətə də bununla bağlı açıqlamalar verilir. 

Təbii ki, Gültəkin Hacıbəyli də, digər şəxslər də istintaqa cəlb oluna bilər. O, Milli Şuranın yaradıcılarından biridir. Milli Şura isə 2013-cü ildə Rusiya tərəfindən yaradılan bir layihə olub. 

Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Rusiyanın dəstəyi ilə “Milyarderlər İttifaqı” Rüstəm İbrahimbəyovun ətrafında cəmləşdi. Yəni Milli Şurasının Kremlin layihəsi olması ilə bağlı məlumat var”. 

Baş katibin fikrincə, Əli Kərimli və Gültəkin Hacıbəyli İranla əlaqələri də araşdırılacaq: 

“Əli Kərimli və Gültəkin Hacıbəylinin İrana çalışdığını istisna etmirəm. Hətta deyərdim ki, bu, açıq-aydın şəkildə görünür. Məsələn, son günlərdə “Səhər” telekanalı başda olmaqla, İran mətbuatı və mediasında açıq şəkildə Əli Kərimli ilə Ramiz Mehdiyev dəstəklənir. Bunu sosial şəbəkələrdə də görmək mümkündür. 

Taleh Bağırzadənin Milli Şura tərəfindən müdafiəsinin təşkil olunması da çox şeydən xəbər verir. Kərimli zaman-zaman Bağırzadəni müdafiə edib. Taleh Bağırzadənin İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi hər kəsə bəllidir”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, belə adamların Milli Şurada Əli Kərimlinin ətrafında birləşməsi də təsadüfi deyil: 

“AXCP sədrinin “sağ əli” sayılan Qənimət Zahidovun da dəfələrlə İrana səfəri olub. Onların İranla bağlı rəsmi mövqeyi də hamıya məlumdur. Hər zaman molla rejimini müdafiə ediblər. Bu gün də Taleh Bağırzadənin sosial şəbəkə səhifələrində Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin müdafiə olunduğunu görürük. 

İrandakı molla rejiminin icazəsi olmadan belə yayımlar efirə gedə bilərmi? Qətiyyən! Deməli, sözügedən yayımlar İran rəsmilərinin tapşırğı əsasında gedir. Bunun təbliğat olduğu görünür”. 

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Əli Kərimli Gültəkin Hacıbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri