Icma.az
close
up
RU
Mehdiyev və Abbasov xüsusi tapşırıqları icra ediblər

Mehdiyev və Abbasov xüsusi tapşırıqları icra ediblər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan edilən baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya uçub.

O, rəsmi Ankara tərəfindən Azərbaycana təhvil verəcəyini düşündüyü üçün Moskvaya gedib. “Milyarderlər İttifaqı”nın üzvü olmuş Abbasovun həmişə olduğu kimi yenə də Kremlə söykəndiyi görünür.

Qeyd edək ki, Abbas Abbasovun adı “Ramiz Mehdiyev işi”ndə hallanılır. Onun barəsində cinayət işi üzrə toplanmış materiallar əsasında ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün axtarış elan edilib. 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında Abbas Abbasovun Rusiyaya getməsinin səbəblərindən danışıb:

“Abbas Abbasov həm uzun illər Kremlə çalışıb, həm də Rusiya vətəndaşıdır. Azərbaycanın baş naziri müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Rusiya vətəndaşlığını qəbul edib. O, birbaşa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin tapşırıqları ilə hərəkət edib. 

Bu səbəbdən də onun himayəsi altında olduğunu və Azərbaycana təhvil verilməsinin əngəllənəcəyini düşünür. Əslində, Abbas Abbasov artıq vəziyyətin gərginləşdiyini və Azərbaycanın bu məsələdə qətiyyətini, prinsipiallığını anlayaraq geri dönüb”.

Siyasətçinin sözlərinə görə, Ramiz Mehdiyev də, Abbas Abbasov da birbaşa Vyaçeslav Volodindən əmr alıb:

“Hətta Ramiz Mehdiyevin “Dövlət Şurası” layihəsinin də ideoloqu məhz Volodindir. Ona görə də Abbas Abbasov köhnə dostu Volodinin onu himayə edəcəyini düşünür. Daha dəqiq desək, kimin sifarişini yerinə yetiribsə, qorunmaq üçün də ona sığınıb”.

Partiya sədri diqqətə çatdırıb ki, Rusiya Abbas Abbasovu Azərbaycana ekstradisiya (cinayətkarların təhvil verilməsi) edəcək:

“Düzdür, ilkin vəziyyətdə onun ekstradisiyası çətin görünür. Çünki Abbasov Azərbaycana təhvil verilsə, burada gizlənərək Rusiyaya xidmət edən şəxslər Kremldən açıq formada üz döndərə bilərlər. Ona görə də maksimum dərəcədə Abbas Abbasovu qorumağa çalışacaqlar. Lakin Azərbaycan dövlətinin iradəsi qarşısında heç kim dayana bilməz.

Rusiyada onu Azərbaycana təhvil verməyə məcbur qalacaq. Beləliklə, prosesin sonunda ölkə vətəninə, millətinə, dövlətinə xəyanət etmiş, xarici xüsusi xidmət orqanlarına işləmiş, ana yurdunu xırda siyasi maraqlarına görə qurban verməyə hazır olmuş “beşinci kolon” tamamilə təmizlənəcək. Bununla da 2019-cu ildə Prezident İlham Əliyevin iradəsi ilə başlamış “ağ inqilab” zəfərlə bitəcək”.

Elmir
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Abbas Abbasov Ağasif Şakiroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri