Mehdiyev və Kərimli 44 günlük müharibədə Azərbaycanı uduzdurmaq istəyib
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizim çox ləyaqətli tarixçi alimlərimiz var. Amma çox təəssüf ki, bu günəqədərki Azərbaycan tarixçiliyi İlham Əliyevin mütərəqqi konsepsiyası ilə ayaqlaşa bilmir.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Bu gün Azərbaycanda saxta tarix yazma aludəçiliyi böyük problemə çevrilib. Xüsusən müstəqilliyə aparan yolda ayrı-ayrı şəxslərin, təşkilatların rolunun məqsədli şəkildə şişirdilməsi, real suverenlik tariximizin meydan ab-havası üzərində qurulma cəhdləri məsələni o yerə gətirib çıxarır ki, dövlət başçımız qan yaddaşı məsələsində təşəbbüsləri şəxsən ələ almalı oldu.
Biz 20 Yanvar hadisəsində ən azı Sovet qoşun hissələri qədər məsuliyyət daşıyan Qorboçovun cəbhə hərəkatı da, ölkə problemlər içində boğularkən bütün potensialını Ulu Öndər Heydər Əliyevin xalqla kommunikasiyasını kəsməyə səfərbər edən Mütəllibov və xalq cəbhəsi, hakimiyyət hərisliyi ilə xaos və anarxiya yaradıb işğala rəvac verən AXC-Müsavat xuntasını, dəfələrlə dövlət çevrilişlər etmək istəyən “millətçi”lər, rəngli inqilablara özənib narıncıya bürünən siyasi klounlar, iqtisadi müstəqilliyimizə doğru irəlilərkən neftin qiymətinin ucuzlaşmasına sevinən Cəmil və Gültəkin kimi siyasi dələduzlar, müharibə dövründə 90-cı illərin ssenarisi üzrə məğlubiyyət üzərindən iqtidar olmağı ümid edən Mehdiyev-Kərimli cütlüyünü öz adı ilə çağırmağa məhkumuq”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 26 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















