Icma.az
close
up
RU
Mehdiyevin atası görün kim olub tanınmış naxçıvanlı sirləri açdı

Mehdiyevin atası görün kim olub tanınmış naxçıvanlı sirləri açdı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Jurnalist, siyasi şərhçi Heydər Oğuz Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı maraqlı iddia irəli sürüb. O, sosial şəbəkə hesabında bu mövzuda paylaşım edib.

Globalinfo.az jurnalistin yazısını təqdim edir:

“Naxçıvan ağsaqqalları mənimlə söhbətləri zamanı israrla bildirirdilər ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da sanki Ramiz “Ənvəroviç”in qeyri-məşru evlilikdən törəmiş uşaq olduğuna eyham vururdular. Hətta açıq şəkildə deyirdilər ki, qonşuluqda bu barədə dedi-qodular da yayılmışdı. Nə qədər Ramiz Mehdiyevə böyük məhəbbətim olmasa da, açığını desəm, bu iddialara inanmırdım. Sanki içimdə bir hiss yaranmışdı ki, Ramiz Mehdiyevin anasının qucağında Naxçıvan şəhərinə gəlməsində bir sirri-Xuda var. Amma bu sirri-Xuda nə idi?

Bu yaxınlarda Ramiz Mehdiyevin adını açıqlamaq istəmədiyim həmkəndlisi ilə söhbətim zamanı bu mövzunu ondan soruşdum. Adam mənə çox ciddi və inandırıcı məlumatlar verdi. Bildirdiyinə görə, Ramiz Mehdiyev bir çox bioqrafik məlumatlarında yazıldığı kimi, heç də Bakıda dünyaya gəlməyib. Şərur rayonunun Qarxun kəndində anadan olub. Qardaşı uşaqları bu gün belə, o kənddə yaşayır. Onun barəsində bu cür şayiələrin  yayılması isə səbəbsiz deyilmiş. İddialara inansaq, 1938-ci ilin aprel ayında anadan olan Ramiz Mehdiyevin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya-SSRİ müharibəsinə göndərilir. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmır. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçür və oralarda məskunlaşır.

Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş və bu səbəbdən bütün qohum-əqrəbaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsir. Hətta Ramiz Mehdiyevin özünün də sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmaqdan xoşlanmır. Hakimiyyət pillələrində yüksələ bilsin deyə, bir növ ondan imtina edir. (Yeri gəlmişkən, haşiyəyə çıxaraq bildirmək istərdim ki, Ramiz Mehdiyev kadr seçimində də özü kimi atasından imtina edənlərlə işləməyə üstünlük verirdi. Təsadüfi deyil ki, Ramiz “Ənvəroviç”in ən yaxın silahdaşı da (kimdən söhbət getdiyini bildiyiniz üçün özümə əziyyət verib adını çəkmirəm) atasından imtina etmişdi). Beləcə, özü və əsli-kökü barədə şaiyələrin yayılmasına şərait yaradır.

Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birində yetişdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə sovet rejiminin ümidinə qalır.

Qısası, ot kökü üstə bitər, Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri