Icma.az
close
up
RU
Mehdiyevin “Dövlət Şurası” 50 dən 4 ü, bəs digərləri...

Mehdiyevin “Dövlət Şurası” 50 dən 4 ü, bəs digərləri...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi; sırada kimlərdir?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub həbslərin davamını qaçılmaz edir. 

Məktubda qeyd olunur ki, yaradılması nəzərdə tutulan “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Hazırda bu iş üzrə üç nəfər  - AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov, AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim saxlanılıb. Onlar barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. R.Mehdiyev isə 4 ay müddətinə ev dustaqlığına cəlb edilib. 

Bu o deməkdir ki,  bu iş üzrə istintaqa “Dövlət Şurası”nın yerdə qalan üzvləri (46 nəfər) də cəlb oluna bilər. Eyni zamanda, sabiq deputat Gültəkin Hacıbəylinin bu iş üzrə Türkiyədən gətirilərək dindirilməsi gözlənilir. 

Mehdiyevin siyahısındakı digər şəxslərin ifşası, “Dövlət Şurası”nın üzvlərinin üzə çıxarılması mümkündürmü?

Keçmiş millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında baş verənlərin Azərbaycan dövlətçiliyi üçün təhlükələrindən söz açıb: “Həbs olunan şəxslərin ittiham olunduğu cinayət əməlləri barədə rəsmi məlumat verilmədiyindən mediada gedən məlumatlar əsasında ümumi mühakimələr yürütmək olar. Həmin məlumatların mahiyyəti bundan ibarətdir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev müxalifətin radikal kəsimi AXCP və Milli Şura ilə işbirliyinə gedərək dövlət hakimiyyətini zorla ələ keçirmək, dövləti idarə etmək üçün 50 nəfərdən ibarət tərkibdə ”Dövlət Şurası" adlanan qurum yaratmaq niyyətində olub və bu barədə Rusiya hakimiyyət dairələrinə məktubla müraciət edib. Həmin məktubun ilkin variantı AXCP sədri Əli Kərimlinin evindən tapılıb. Məktubun mediada gedən variantında onun kim tərəfindən imzalandığı və hara ünvanlandığı göstərilməyib.

Azərbaycanın hüquq-mühafizə orqanları bu məlumatları Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirərək cinayət işi başlayıb, həbslər həyata keçiriblər.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələri ilə yaxın münasibətləri, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun rəhbəri olması xəbəri yeni deyil və hamıya məlumdur. Bu məsələdə yeni məlumatlar müxalifətin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə münasibətlərinin yaranmasıdır. Mediada bu münasibətlərin yaranması 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın və seçki koalisiyası kimi Milli Şuranın yaranması ilə əlaqələndirilir. “Milyarderlər İttifaqı”nın Rusiya hakimiyyətinə yaxın adamlardan ibarət olması onu deməyə əsas verir ki, bu qurum prezident seçkilərinə Rusiyanın mümkün təsir imkanlarının genişləndirilməsi məqsədilə yaradılmışdı.

Azərbaycan müxalifətinin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə əlaqələrinin və işbirliyinin yaranması faktiki baş veribsə, bu, dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli amil kimi qiymətləndirilməlidir. Rusiya hakimiyyətinin bundan istifadə edərək Azərbaycanda mümkün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərməsi şübhə doğurmamalıdır. Bu baxımdan Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı məsələ daha geniş kontekstdə Rusiyanın planları kimi nəzərdən keçirilə bilər.

Həbs olunan şəxslərin ittiham olunduğu maddə bir tərəfdən hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin qəsdən törədilməsi kimi əməlləri nəzərdə tutur. Özü də bu hərəkətlər zorakılıqla müşaiyət olunmalıdır. Yəni zorakılığın həm fiziki, həm də psixoloji formaları tətbiq oluna bilər".

Q.Əlibəyli həbslər dalğasının davamlı olacağını proqnozlaşdırır: “Mahiyyət etibarilə dövlət çevrilişinin məzmununu təşkil edən zorakı hərəkətlər bir neçə nəfər tərəfindən planlaşdırıla bilər. Lakin onların həyata keçirilməsi çoxsaylı subyektlərin iştirakı ilə mümkündür. Özü də bu subyektlər təkcə ”Dövlət Şurası" adlı qurumun üzvlərindən ibarət olmaya bilər. Mövcud hakimiyyət strukturlarında vəzifə tutan şəxslər də bu prosesə cəlb oluna bilər. Ona görə də növbəti həbslər dalğasının olacağı ehtimalı böyükdür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri