Icma.az
close
up
RU
Mehdiyevin “Dövlət Şurası” KONKRET

Mehdiyevin “Dövlət Şurası” KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub həbslərin davamını qaçılmaz edir. 

KONKRET.az xəbər verir ki, məktubda qeyd olunur ki, yaradılması nəzərdə tutulan “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Hazırda bu iş üzrə üç nəfər  – AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov, AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim saxlanılıb. Onlar barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. R.Mehdiyev isə 4 ay müddətinə ev dustaqlığına cəlb edilib.

Bu o deməkdir ki,  bu iş üzrə istintaqa “Dövlət Şurası”nın yerdə qalan üzvləri (46 nəfər) də cəlb oluna bilər. Eyni zamanda, sabiq deputat Gültəkin Hacıbəylinin bu iş üzrə Türkiyədən gətirilərək dindirilməsi gözlənilir.

Mehdiyevin siyahısındakı digər şəxslərin ifşası, “Dövlət Şurası”nın üzvlərinin üzə çıxarılması mümkündürmü?

Keçmiş millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında baş verənlərin Azərbaycan dövlətçiliyi üçün təhlükələrindən söz açdı: “Həbs olunan şəxslərin ittiham olunduğu cinayət əməlləri barədə rəsmi məlumat verilmədiyindən mediada gedən məlumatlar əsasında ümumi mühakimələr yürütmək olar. Həmin məlumatların mahiyyəti bundan ibarətdir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev müxalifətin radikal kəsimi AXCP və Milli Şura ilə işbirliyinə gedərək dövlət hakimiyyətini zorla ələ keçirmək, dövləti idarə etmək üçün 50 nəfərdən ibarət tərkibdə ”Dövlət Şurası” adlanan qurum yaratmaq niyyətində olub və bu barədə Rusiya hakimiyyət dairələrinə məktubla müraciət edib. Həmin məktubun ilkin variantı AXCP sədri Əli Kərimlinin evindən tapılıb. Məktubun mediada gedən variantında onun kim tərəfindən imzalandığı və hara ünvanlandığı göstərilməyib.

Azərbaycanın hüquq-mühafizə orqanları bu məlumatları Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirərək cinayət işi başlayıb, həbslər həyata keçiriblər.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələri ilə yaxın münasibətləri, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun rəhbəri olması xəbəri yeni deyil və hamıya məlumdur. Bu məsələdə yeni məlumatlar müxalifətin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə münasibətlərinin yaranmasıdır. Mediada bu münasibətlərin yaranması 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın və seçki koalisiyası kimi Milli Şuranın yaranması ilə əlaqələndirilir. “Milyarderlər İttifaqı”nın Rusiya hakimiyyətinə yaxın adamlardan ibarət olması onu deməyə əsas verir ki, bu qurum prezident seçkilərinə Rusiyanın mümkün təsir imkanlarının genişləndirilməsi məqsədilə yaradılmışdı.

Azərbaycan müxalifətinin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə əlaqələrinin və işbirliyinin yaranması faktiki baş veribsə, bu, dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli amil kimi qiymətləndirilməlidir. Rusiya hakimiyyətinin bundan istifadə edərək Azərbaycanda mümkün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərməsi şübhə doğurmamalıdır. Bu baxımdan Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı məsələ daha geniş kontekstdə Rusiyanın planları kimi nəzərdən keçirilə bilər.

Həbs olunan şəxslərin ittiham olunduğu maddə bir tərəfdən hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin qəsdən törədilməsi kimi əməlləri nəzərdə tutur. Özü də bu hərəkətlər zorakılıqla müşaiyət olunmalıdır. Yəni zorakılığın həm fiziki, həm də psixoloji formaları tətbiq oluna bilər”.

Q.Əlibəyli həbslər dalğasının davamlı olacağını proqnozlaşdırır: “Mahiyyət etibarilə dövlət çevrilişinin məzmununu təşkil edən zorakı hərəkətlər bir neçə nəfər tərəfindən planlaşdırıla bilər. Lakin onların həyata keçirilməsi çoxsaylı subyektlərin iştirakı ilə mümkündür. Özü də bu subyektlər təkcə ”Dövlət Şurası” adlı qurumun üzvlərindən ibarət olmaya bilər. Mövcud hakimiyyət strukturlarında vəzifə tutan şəxslər də bu prosesə cəlb oluna bilər. Ona görə də növbəti həbslər dalğasının olacağı ehtimalı böyükdür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see410

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see319

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see268

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see256

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see227

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see225

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see209

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see166

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri