Icma.az
close
up
RU
Ramiz Mehdiyevin Dövlət Şurası ilə Əli Kərimlinin Milli Şurası: Hər ikisi Kreml istehsalıdır sensasion məlumatlar

Ramiz Mehdiyevin Dövlət Şurası ilə Əli Kərimlinin Milli Şurası: Hər ikisi Kreml istehsalıdır sensasion məlumatlar

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Uzun illər ölkənin faktiki olaraq ikinci adamı olmuş Ramiz Mehdiyevin ev dustağı edilməsinin 40-cı günü tamam olsa da, bu mövzuda yazılar, açıqlamalar davam edir.

Görünən budur ki, hakimiyyət bu mövzuda müzakirənin davam etməsində, bütün kartların açılmasında, gizli əlaqələrin üzə çıxmasında maraqlıdır. Bu mövqenin haradan qaynaqlandığına dair versiyalardan biri də budur ki, son bir ildə (əslində, 2023-cü ilin sentyabrından) gərginləşən Rusiya–Azərbaycan münasibətlərinin fonunda iqtidar komandasında özünüqoruma instinkti işə düşüb.

Konkret desək, Azərbaycan iqtidarı artıq 87 yaşlı Mehdiyevdən yox, mehdiyevçilikdən, Rusiyaya bağlı olan və olmayan qüvvələrin təmərküzləşərək ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq təşəbbüslərindən narahatdır.

Yoxsa yaşı 90-ı haqlamış qoca siyasətçinin təkbaşına dövlət aparatına batması qeyri-mümkündür. Təhlükəli olan kürəyini azman bir dövlətə söykəyərək, onun resurslarından Azərbaycan kimi orta boylu ölkədə destabİlizasiya yaratmaq istəyən qüvvələrdir.

Məlumdur ki, son 20 ildə yüzlərlə yüksək və orta ranqlı, eləcə də onlara bağlı yüzlərlə, minlərlə aşağı ranqlı məmur dövlət idarəetməsindən kənarlaşdırılıb. Bunlar elə adamlardır ki, əqidələri, məfkurələri bütün hallarda vəzifəyə və sərvət toplama imkanına bağlıdır. Onlar vəzifədədirsə, hamıdan artıq “qatı dövlətçi”dirlər, vəzifədən götürülən kimi avtomatik olaraq “qatı müxalifətçi”yə çevrilirlər, hətta şeytanla əməkdaşlığa belə hazır olurlar.

Vaxtilə mövcud iqtidar komandasından ötrü aşırı canfəşanlıq edən bu şəxslər hazırda vəzifələrdən kənarda qaldıqları, ortada qaynayan “xörək qazanı”ndan pay almadıqları üçün gizli şəkildə müxalifətdədirlər və leqal müxalifətlə birləşərək ortaya güc qoymaq niyyətindədirlər. Bu qüvvələr qüdrətli və belə məsələlərdə “qabiliyyətli” xarici dövlətdən dəstək aldıqları təqdirdə təhlükəli ola bilərlər.

Bəs leqal müxalifət partiyaları keçmiş korrupsionerlərlə nə dərəcədə yaxınlaşa, ittifaq qura bilərlər?

Aparıcı müxalifət partiyalarının hamısı olmasa da, bəziləri bu məsələdə mütərəddid durumda deyillər. Onlar mövcud iqtidar komandasının hakimiyyətdən getməsi üçün ən ağlagəlməz konfiqurasiyalarda iş birliyinə hazırdırlar. Bu, indi də belədir, yaxın keçmişdə də belə olub.

Prosesi anlamaq üçün 12 il öncənin siyasi hadisələrini xatırlamaqda və xatırlatmaqda fayda var. O zaman da Rusiya rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin arasında ciddi bir anlaşılmazlıq yaranmışdı və yaxınlaşan prezident seçkisi ərəfəsində ortaya “Milyarderlər İttifaqı” adlanan bir müxalif qurum çıxmış, seçkidə öz namizədi ilə çıxış etmək qərarını açıqlamışdı. Bu qurum Moskvada mənzillənirdi və Azərbaycan əsilli milyarder və milyonçuları birləşdirirdi. “Milyarderlər İttifaqı”nın Kremldən dəstək aldığı şübhəsiz idi.

O zaman yaxınlaşan prezident seçkilərində müxalifətin təmsilçisi olaraq Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin namizədliyi müzakirə olunurdu. Gözlənilmədən nə baş verdisə, Ə.Kərimli prezidentliyə namizəd olmayacağını bəyan etdi, avtomatik olaraq peşəkar mediada və sosial şəbəkədə İsa Qəmbərə qarşı “qara piar” kampaniyası başladıldı. Cəbhəçi fəallar və onlara qoşulanlar Müsavat liderini şantaj edirdilər ki, o da prezidentliyə namizəd olmasın, vahid namizəd kimi “Milyarderlər İttifaqı”nın irəli sürdüyü namizəd dəstəklənsin. Bu şantaj kampaniyası öz nəticəsini verdi, “Ya İbrahimbəyov, ya İbrahimbəyov” şüarı səslənməyə başlandı. Açıq sezilirdi ki, müxalifətin Əli Kərimli cinahı Rusiyanın projesi olan “Milyarderlər İttifaqı” ilə anlaşma içindədir.

Daha sonra yazıçı-senarist Rüstəm İbrahimbəyovun Azərbaycan vətəndaşı olmadığı, Bakıya gəlməkdən çəkindiyi üçün prezidentliyə namizəd olmayacağı gerçəyi üzə çıxdı və “Milli Şura” adlı siyasi blok yaratmış birləşmiş müxalifət Cəmil Həsənlinin namizədliyini irəli sürərək onu dəstəkləməyə məcbur oldu.

“Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu 6 il öncə Azlogos.eu saytının rəhbəri, yazıçı-jurnalist Ələkbər Əliyevə verdiyi müsahibəsində 2013-cü ildəki “Milli Şura” layihəsindən danışaraq deyib:

“Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq Moskvada hazırlanmış bir model təklif olunurdu…

Təklif olunan modelin başındakı yeni sima da Rusiya vətəndaşı idi. Və bunu müxalifətin o zamankı liderləri də bilirdilər”.

R.Arifoğlu həmin müsahibədə Moskvada yaradılan “Milyarderlər İttifaqı”nın məqsədinin İlham Əliyevi devirmək olduğunu, Bakıdakı “müxalif avtoritetlər”in İbrahimbəyovun ətrafında sıx birləşdiyini qeyd edərək bildirib ki, bu məsələdə daha çox fəallıq edən Əli Kərimli olub. Məqsəd prezident seçkisi vəsiləsi ilə çevriliş edib, Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasovu prezident seçdirmək olub.

R.Arifoğlunun sözügedən müsahibəsində ən diqqətçəkən məqam AXCP sədri Əli Kərimlinin ona pıçıltı ilə “məni Ramiz Mehdiyev və Ramil Usubovla görüşdür” deməsidir. Müsahibədən sitat: “Barışandan sonra ikinci görüşümüz restoranda oldu. Orada təklif etdi ki, onu Ramiz Mehdiyevlə və Ramil Usubovla görüşdürüm. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir… O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də Əli Kərimliyə dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…” O zaman hələ Milli Şura qurulmamışdı. Bir qədər sonra qurulacaqdı. Əli Kərimlini isə Ramiz Mehdiyevlə bir başqası əlaqələndirəcəkdi. Bu, tanınmış rejissor Rüstəm İbrahimbəyov və Abbas Abbasovdur. Sonradan Əli Kərimlinin emissarları, Elçibəy hakimiyyətində nazir vəzifəsi tutan bir sıra simalar Moskvada dəfələrlə Abbas Abbasovla görüşəcək, Azərbaycanda müxalifəti Əliyev iqtidarına qarşı birləşdirmək variantlarını müzakirə edəcək, yekunda Milli Şura adlı xəyanətkar təşkilatı quracaqdılar. Rauf Arifoğlu məlum müsahibədə deyir ki, Milli Şura xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan ilk layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalision bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı bu, açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərin arqumenti bu idi ki, biz Rusiya vasitəsilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını devirib bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988–92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsilə, küçə rıçaqlarını işə salaraq hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” — düşüncə, arqument və həm də təhlükə… bunlar idi. R.Arifoğlu bu müsahibədəki fikirlərlə bağlı Musavat.com-a yenidən izahat verərək deyib ki, o zamankı xəyanət ittifaqının arxasında, heç şübhəsiz, Mehdiyev və onun iqtidardakı yaxınları dayanırdı. Həm də o aydın olur ki, o zamanlar Kremlin qurduğu bu əlaqə indiyə qədər də davam edir. Ramiz Mehdiyev və onun klanı iqtidarda ola-ola Azərbaycanda müxalifətin əsas kəsimini idarə etmək, təşkilatlandırmaq və Prezident İlham Əliyevə qarşı yönəltmək üçün bütün rıçaqlara sahib olublar. Ramiz Mehdiyevin indi ortaya çıxan məktubunda əks olunan mexanizmlə 2013-cü ilin Milli Şurasının fəaliyyət mexanizmi eyniyyət təşkil edir. Sadəcə, 12 il sonra Mehdiyev anti-Azərbaycan planını bir qədər yeniləyib. 12 il öncə Kremlin qurduğu Milli Şura yerinə bu dəfə Azərbaycanda çevriliş edəcək qurumun adını Dövlət Şurası adlandırıblar. Lakin xəyanətin mahiyyəti eynidir - Azərbaycanı İlham Əliyevsizləşdirmək. Onun milli qürurunu qaytarmış, müzəffər bir Prezidenti devirmək və yerinə 50 nəfərdən ibarət xəyanət kadrosu qoyaraq, ölkəmizi ayaqaltı etmək, burada Rusiyanın tam nəzarətinə nail olmaq. …Kreml elə həmin Kremldir. 34 il əvvəl Rusiyadan müstəqillik əldə etmiş dövlətləri öz sadiq satellitləri kimi saxlamaq üçün yerli hakimiyyətləri vaxtaşırı dəyişmək, onları yeni, təcrübəsiz, sözəbaxan biriləri ilə əvəz etmək niyyətindədir. Kremldə düşünürlər ki, məqsədə çatmaq üçün müxtəlif qüvvələri bir araya gətirmək, onlardan müvəqqəti olaraq istifadə edib atmaq mümkündür, çünki buna hazır olanlar var. R.Mehdiyev qalmaqalının alt qatı təxminən budur. /Musavat.com/
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri