Icma.az
close
up
RU
MEHDİYEVİN “DÖZÜLMƏZ” HƏYATI 87 yaşını tamamlayan “boz kardinal” tarixdə necə qalacaq?...

MEHDİYEVİN “DÖZÜLMƏZ” HƏYATI 87 yaşını tamamlayan “boz kardinal” tarixdə necə qalacaq?...

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin doğum günüdür. 1938-ci il ilin 17 aprelində Bakıda dünyaya göz açan Mehdiyev 87 yaşını tamamlayır. O, Azərbaycanın müstəqillik tarixində yüksək vəzifələrdə uzun müddət çalışmış məmurlardan biri, bəlkə də ən birincisi və nüfuzlusu sayıla bilər. 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-22-ci illərdə isə AMEA-nın Prezidenti vəzifəsini icra edib. R.Mehdiyev iki dəfə “Şərəf” ordeni ilə ( 2013, 2018-ci illərdə), həmçinin “İstiqlal”, “Şöhrət və “Heydər Əliyev” ordenləri ilə təltif edilib.

O, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətində təmsil olunub, 2021-ci ildə İdarə Heyətindən kənarlaşdırılıb.

Ramiz Mehdiyevin AMEA Prezidenti postundan gedişi qalmaqallı olub. Deputatlar, ictimaiyyət nümayəndələri, bəzi yüksək vəzifəli dövlət məmurları onun ünvanına sərt ittihamlar səsləndirib, onu Rusiyanın “beşinci kolon”unun rəhbəri adlandırıb, Azərbaycanın milli maraqlarına qarşı xəyanətdə ittiham ediblər. Bu ittihamları qüvvətləndirən amillərdən biri 2008-ci ildə Mehdiyevin Rusiyanın “Dostluq” ordeni ilə təltif olunmasıdır. AMEA-nn keçmiş prezidenti bu ittihamlara sərt reaksiya verərək, bəzi millət vəkillərini məhkəməyə versə də, sonradan iddialarından geri çəkilmişdi.


Lakin sözügedən orden onun Rusiyanın adamı olmasını şərtləndirən bəlkə də ən zəif arqument sayıla bilər. Çünki Mehdiyevi Moskvanın adamı hesab etməyə əsas verən daha ciddi arqumentlər olub və var. Mehdiyev Azərbaycanda çox yüksək post tutmuş nadir iri məmurlardandır ki, Türkiyəyə rəsmi səfərlərdən çəkinib. Əvəzində, Moskva ilə daim sıx əlaqədə olub və əsas etibarilə Azərbaycanda Rusiya təsirinin və narrativlərinin yayılmasında açar fiqur kimi tanınıb.

R.Mehdiyev vəzifədə olduğu illərdə Rusiyaya xüsusi rəğbəti ilə seçilməsi ilə bərabər Azərbaycanın strateji müttəfiqi Türkiyəyə qarşı mənfi münasibəti ilə də fərqlənib. Onun xarici səfərlərində Moskva birmənalı üstünlük təşkil edib, iki onillikdə Türkiyə paytaxtında bir, yaxud iki dəfədən artıq səfər etməyib. Keçmiş “boz kardinal” Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə tərəfdaşlıq münasibətlərinə qarşı olub, nəzarətində olan mediada Qərbə qarşı xüsusi kampaniyalar təşkil edib.


O, müxalifətə, vətəndaş cəmiyyətinə, müstəqil mediaya qarşı da düşmən münasibəti ilə seçilib, bu təbəqələrlə hakimiyyət arasında münaqişələrin yaranmasında başlıca rol oynayıb.

Bəzi ekspertlər Mehdiyevin 44 günlük müharibədən əvvəl Prezident Administrasiyasının rəhbərliyindən uzaqlaşdırılmasını təsadüfi saymırlar. Qeyd olunur ki, dövlətin qarşısında dayanan prioritet tarixi qərarın icrası zamanı xaricdən qaynaqalana biləcək mümkün provakasiyaların qarşısını almaq üçün belə bir addım atılıb. Ordu rəhbərliyində Nəcməddin Sadıkov başda olmaqla, Rusiyanın maraqlarına xidmət etdiyi bildirilən dəstənin də məhz Mehdiyevin kurasiyasında olduğu iddia edilir. Bir sözlə, Rusiyanın xeyrinə və Azərbaycanın milli, dövlət maraqlarına qarşı istənilən fəaliyyətlərin arxasından Mehdiyevin kölgəsi görünüb. Hər halda, mətbuatda, cəmiyyətdə belə bir rəy formalaşıb və görünür, bu da əsassız olmayıb...


Ramiz Mehdiyev vəzifədə olduğu illərdə təkcə ölkədəki Rusiya təsirinin, korrupsiyanın, vəzifə alqı-satqısının və digər qanunsuzluqların başında duran şəxslərdən biri kimi mənfi reputasiya yox, həm də böyük var-dövlət toplayıb. O, uzun müddət tikinti, dövlət sərmayələri, banklar, sığorta şirkətləri, kənd təsərrüfatı və s. sahələrdə böyük paya malik olan qurumlara və şirkətlərə qeyri-rəsmi nəzarət edib. Xüsusən, onun dövründə populyar olan külli miqdarda rüşvət hesabına vəzifə təyinatları Mehdiyevə və ətrafına böyük pullar qazandırıb. İş o yerə çatıb ki, Mehdiyevin adı deputat mandatı alqı-satqısında belə hallanıb, bu barədə məlum qalmaqallı videolar yayımlanıb, açıq ittihamlar səsləndirilib, ifadələr verilib. Lakin onun hakimiyyətdə tutduğu yüksək mövqe və Azərbaycan reallıqları bütün bu məsələləri ört-basdır etməsinə imkan verib...

Ramiz Mehdiyevin paytaxtda və ölkənin müxtəlif regionlarında dəbdəbəli villaları, sarayları, iri torpaq sahələri mövcuddur. O, bəzi digər məmurlardan fərqli olaraq varidatının əhəmiyyətli hissəsini hələ də əlində saxlayır.


Hərə tarixdə öz vəzifəsindən və təsir imkanlarından asılı olaraq, bir cür iz buraxır. Bu baxımdan Mehdiyevin Azərbaycanın əsl demokratik, qanunun aliliyinin, ədalətin hökm sürdüyü, saxtakarlıqdan, rüşvətdən, korrupsiyadan uzaq bir ölkə kimi formalaşa bilməməsi üçün əlindən gələni edən biri kimi tarixdə qalmaq şansı var.

Hazırda səhhətində müxtəlif problemlər olan 87 yaşlı keçmiş “boz kardinal” Novaxında yerləşən dəbdəbəli villasında yaşayır. 2020-ci ildə pandemiyanın tüğyan etdiyi günlərdə nəvəsinə dəbdəbəli toy etdiyinə görə başına gələn “müsibətdən” sonra onun qapısı yəqin ki, az-az döyülür. Vaxtı ilə doğum günündə onun kabinetinə qiymətli hədiyyələr, gül-çiçək göndərənlər, tərif, yaltaqlıq, məddahlıq üçün qapısına düzülənlər də onu indi yada salmırlar. Ömrünün payızı olsa da, hər halda bu durum, zamanında “qılıncının dalı da, qabağı da kəsən” Mehdiyev üçün “dözülməz həyat” deməkdir...

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri