Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

“Boz kardinal” Rişelye Ramiz Mehdiyevin müxalifətlə işbirliyi…

“Boz kardinal” Rişelye Ramiz Mehdiyevin müxalifətlə işbirliyi…

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətçiliyə qarşı xəyanətkar fəaliyyətinə nəzər saldıqda istər-istəməz fransız siyasətçi-kardinal Arman-Jan dyu Plessi de Rişelye yada düşür. Paralellik aparsaq, o zaman Mehdiyevi dövrümüzün Rişelyesi də adlandıra bilərik. Azərbaycan tarixində də “boz kardinal” rolunu oynayan lələlər, atabəylər olub. Onlar da “boz kardinallar” kimi dövlətdə güclü nüfuz sahibi kimi qərarların qəbulunda xüsusi rol oynayıblar. Lakin nə həmin lələlər, nə atabəylər, nə də ki, fransız Rişelye Ramiz Mehdiyev kimi dövlətçiliyə xəyanət mövqeyi tutmayıblar.

Əgər Rişelyeyə “boz kardinal” adını qazandıran Fransua Le Kler du Trembl idisə, Ramiz Mehdiyevə bu adı Rusiyanın Azərbaycandakı “5-ci kolon”u və Moskvadakı ağaları olub. Onların əli ilə hakimiyyətdə, “boz kardinal” Rişelye kimi, mövqeyini möhkəmləndirərək Azərbaycan dövlətçiliyinin inkişaf edib möhkəmlənməsi, daha da güclənməsi, dövlət institutlarının effektiv fəaliyyəti istiqamətində həyata keçirilən islahatlara maneçilik yaratmaq olub. Nəinki Azərbaycan dövlətçiliyinin güclənməsi və qüdrətlənməsi yolunda “qara tikan” rolunu oynayıb, hətta Azərbaycanı vassal bir ölkəyə çevirmək üçün dövlət çevrilişi və konstitusion dəyişikliklər etmək kimi xəyanətlərə hazır olub.

Bunun bariz nümunəsi isə Azərbaycan xüsusi xidmət orqanlarının Mehdiyevin dövlət çevrilişi həyata keçirmək istəyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə ələ keçirdiyi məktubudur. İctimaiyyətə təqdim edilən fakt, xarici güclərin və sapı özümüzdən olan baltaların dəstəyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək cəhdi Mehdiyevin əsl riyakar xislətini nümayiş etdirir. Çünki “ölkəmizin “Rişelyesi”nin” son məktubunda əksini tapan Dövlət Şurası, parlament respublikası və digər məsələlər onun fəaliyyəti dövründə zaman-zaman başqa formatlarda gündəmə gətirilib. Xüsusən də müxalifətin və “5-ci kolon”un əli ilə…

1995-ci ildə Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyətə başlayan Ramiz Mehdiyev qısa zamandan sonra üzdə özünü Ulu Öndər Heydər Əliyevə sadiq kadrı kimi göstərməyə çalışsa da, əslində, xəyanət yolunu seçərək 90-cı illərin sonundan etibarən “pərdə arxasında” Azərbaycanda hakimiyyəti ələ almaq uğrunda mübarizə aparırdı. Mehdiyev bu məqsədinə çatmaq üçün həm hakimiyyətin içərisindəki adamlarından, həm də radikal müxalifətdən istifadə edirdi. Müxalifəti asanca ələ almağı bacaran “boz kardinal” onlardan zaman-zaman hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bunun üçün yetərincə faktlar sadalamaq olar. Mehdiyev istər dünyada, regionda və ölkədə baş verən hansısa hadisələrdən, istərsə də dövlətçiliyin inkişafı baxımından islahatlar həyata keçirilməyə başlayan zaman müxalifətin rolundan faydalanırdı. Bu yolla ölkədə ictimai-siyasi sabitliyi pozmaq istiqamətində təxribatlara əl atırdı. Müxalifətin aksiya şousu “hakimiyyət daxilindəki mübarizənin küçə proyeksiyası” adını da almışdı. Hamı bilirdi ki, müxalifətin kütləvi aksiyalarla ölkədə ictimai-siyasi sabitliyi pozmaq tapşırığı hakimiyyət daxilindən – Ramiz Mehdiyev tərəfindən gəlib. Bu gözəgörünməz əl müxalifəti idarə edirdi. Lazımi məqam yetişəndə isə həmin müxalifət müxtəlif bəhanələrlə aksiyalardan geri çəkilirdi. Təbii ki, müxalifətin bu “fəaliyyəti” də zəmanəmizin “boz kardinalı” Rişelye tərəfindən “mükafatlandırılırdı”. Hətta cəmiyyətdə müəyyən nüfuza və elektorata malik bəzi müxalif partiyalar Mehdiyevdən aldığı tezislərə uyğun cəmiyyətdə fikir formalaşdırmağa çalışırdılar. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə müxalifətin Mehdiyevdən aldığı tezislər əsasən onun səhhəti ilə bağlı idi. Ulu Öndərin səhhətində ciddi problemin olması barədə cəmiyyətdə fikir formalaşdırmaqla özünün hakimiyyətə gəlişi üçün münbit zəmin formalaşdırmağa çalışırdı.

Digər tərəfdən, hakimiyyətin Ermənistan-Azərbaycan müharibəsini həll etməməkdə, hətta Qarabağı ermənilərə verməyə hazır olmaq, ordu quruculuğuna kölgə salan, ümumiyyətlə, ən müxtəlif tezisləri müxalifətin və “5-ci kolon”un əli ilə dövriyyəyə buraxaraq cəmiyyəti çaşdırmağa çalışırdı. Müxalifəti gah “Qarabağ” şüarı, gah da digər tələblərlə küçələrə çıxarmağa sövq edirdi. “Rişelye” bu yolla davamlı inkişaf yoluna qədəm qoyan və beynəlxalq aləmdə nüfuz qazanan gənc Azərbaycan dövlətçiliyinin nüfuzuna xələl gətirərək qınaq obyektinə çevrilməsinə, həm inkişafına, həm də dövləçilik institutlarının formalaşmasına, islahatların gedişinə mane olurdu.

Onu da qeyd edim ki, o dövrün müxalifəti Ramiz Mehdiyevi açıq şəkildə dəstəkləyə bilməsə də, onun haqqında mənfi fikirdən çəkinərək barəsində “bacarıqlı, böyük texnokrat” deyərək müsbət fikir formalaşdırmağa çalışırdılar.

Lakin Ulu Öndər Heydər Əliyevin dövründə onun bütün bu çirkin, riyakar oyunları sonda iflasa uğrayırdı.

2003-cü il prezident seçkiləri zamanı, həmçinin 15-16 oktyabr hadisələrinin əsas aktorlarından biri məhz Ramiz Mehdiyev olub. Çünki o, Prezident İlham Əliyevin hansı böyük potensiala malik olduğunu çox yaxşı bilirdi. Bilirdi ki, İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyacaq və ölkənin qarşısında duran bütün məsələlər həllini tapacaq. Ona görə də 2003-cü ildəki 15-16 oktyabr hadisələrini törətməklə ən azı öz “şkura”sını qorumağa çalışdı. Amma çirkin niyyətlərindən əl çəkmədi. Ondan sonrakı dövrlərdə, xüsusən də 2005-ci ildə Sorosun “rəngli inqilablarından”, 2008-ci il prezident, 2010-cu il parlament, 2013-cü il prezident seçkiləri zamanı Moskvanın layihəsi olan Milli Şura, 2015-ci il seçkiləri, 2016-cı il referendumu, 2018-ci il seçkilərində biz bunun şahidi olduq. Mən hələ ara dövrlərdə baş verənləri, xüsusən də “Ərəb baharı” və digər vaxtlardakı xəyanətkar rolunu qeyd etmirəm. Nəhayətində 2019-cu ildə dövrümüzün Rişelyesi öz riyakar oyunlarının qurbanı oldu.

AMEA-ya rəhbər təyin olunduqdan sonra onun xəyanətlərə görə tövbə etməyə zamanı olsa da, Mehdiyev ehtiraslarına hakim kəsilə bilməyərək Azərbaycanda dövlət çevrilişi etməyə cəhd etdi. Amma “Rişelye” unudurdu ki, artıq Azərbaycan nə 90-cı illərin, nə də 2020-ci ilədək olan Azərbaycan deyil. Azərbaycan son onillikdə dünyada işğala son verərək öz ərazi bütövlüyünü, tam suverenliyini bərpa edən yeganə Qalib, Güclü, Qüdrətli dövlətdir. Azərbaycanın dövlət təhlükəsizliyinə məsul olan müvafiq qurumları da öz missiyasını layiqincə yerinə yetirməkdədirlər. Nə Ramiz Mehdiyev, nə digərləri, nə də onların xaricdəki ağaları Azərbaycanda öz çirkin planlarını reallaşdırmaq gücünə qadir deyillər. Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, əmin əllərdədir. Azərbaycana əl uzatmaq istəyinin qolu biləyindən kəsiləcək.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:330
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri