Icma.az
close
up
RU
Ramiz Mehdiyevin KOD ADI: Boz kardinal necə yaranıb?

Ramiz Mehdiyevin KOD ADI: Boz kardinal necə yaranıb?

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Boz kardinal” 

“Boz kardinal” ifadəsi — hakimiyyətin kölgədə qalan, görünməyən, lakin güclü təsirə malik olan məsləhətçi və ya qaranlıq qüvvə anlamında metaforik bir anlayışdır.

Lent.az “Boz Kardinal” ifadəsi haqqında araşdırmanı təqdim edir:

“Boz kardinal” ifadəsinin mənası

“Boz kardinal” termini rəsmi dövlət vəzifəsi olmayan, amma siyasi və idarəetmə proseslərinə arxadan təsir edən şəxsləri təsvir etmək üçün istifadə olunur. Bu, pərdə arxasında güc sahibi olan, lakin ictimaiyyət qarşısında görünməyən fiqurları ifadə edir.

Belə şəxslər çox zaman formal səlahiyyət daşımırlar, amma yüksək səviyyəli qərarların qəbulunda, siyasi intriqalarda və strateji planlarda mühüm rol oynayırlar.

Bu anlayış rəsmi idarəçiliklə qeyri-rəsmi təsir arasındakı sərhədləri bulanıqlaşdırır və siyasi manipulyasiyanın simvoluna çevrilib.

“Boz kardinal” ifadəsinin tarixi və yaranması

“Boz kardinal” ifadəsi ilk dəfə XVII əsrdə Fransada yaşamış François Leklerk du Tremblay adlı kapusin rahibinə aid edilib. O, məşhur dövlət xadimi Kardinal Rişelyenin yaxın məsləhətçisi idi.

Rişelye katolik kardinallar kimi qırmızı paltar geyindiyinə görə “qırmızı ucalıq” adlanırdı, Tremblay isə boz rəngli rahib libasına görə “boz ucalıq” – yəni “boz kardinal” kimi tanınmışdı.

Tremblay rəsmi vəzifə daşımırdı, amma Rişelyenin siyasi qərarlarının hazırlanmasında böyük təsirə malik idi. Buna görə də “boz kardinal” ifadəsi sonradan gizli güc mərkəzlərinin, kölgə rəhbərlərin rəmzinə çevrildi.

XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdı. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyeni dəvət edir. Rişelye əvvəlcə din xadimi idi.

İlk anlardan etibarən Rişelye kralın sevgisini qazana bilməsə də, hər hadisədən sonra XIII Lüdovik Rişelyenin təsirinə daha çox düşürdü. Kral ailəsi Rişelyeyə isti münasibət göstərmirdi - kraliça, ana-kraliça və hətta kralın yeganə qardaşı hersoq Qaston Orleanlı Rişelye üzərində təsir əldə etmək üçün çoxsaylı qəsdlər hazırlayırdılar. Lakin hamısının üstü qısa zamanda açılır və cəzalanırdılar. Müxalifəti asanca ələ almağı bacaran Boz kardinal onları krala təsir vasitəsi kimi saxlayırdı. Uzun müddət krala qarşı qatı müxalif olan şəxs Rişelyenin adamı olurdu və sonradan dövlətdə müəyyən vəzifə tutur və müxalifətə düşmən kəsilirdi.

Rişelye mərkəzi hakimiyyəti möhkəmləndirdi, parlamentlər kral hakimiyyətinə tabe edildi, dini işlərə nəzarəti kralın əlində cəmləşdirdi. Faktiki olaraq isə parlament, dini qurumlar və nazirlər onun icazəsi ilə seçilirdi. Kral elə bilirdi ki, ətrafı ona sadiqdir.

Lakin Rişelye de-yure onlara hakim idi. Kralın həyat yoldaşı öz qohumları vasitəsilə ona təsir etməyə çalışıb öz adamlarını hakmiyyətdə yerləşdirmək istəyəndə Rişelye kralı və ailəsini qısa zamanda taxtdan salmaqla hədələmişdi və fakitiki buna gücü var idi.

Rişelyenin baxışlarını müdafiə edən zadəganlar onun dəstəyini aldılar. Müxalifətçilərə qarşı daha qəddarcasına davrandılar. 1626-cı ilin yayında kralın ögey qardaşı hersoq Lonqvil, markiz Şale, hersoginya Şevrez Avstraliyalı Annanın dəstəyi ilə kardinal əleyhinə sui-qəsd təşkil etdilər. Sui-qəsdin üstü açılır. Dostları tərəfindən tərk edilmiş Şale eşafota başını qoyur.

Rişelye pulu və var-dövləti çox sevirdi. O, ölkədə ən varlı adam idi. Faktiki olaraq kral və ailəsi onun əlində olan bir vasitə idi. Boz kardinal Fransanın sahibi idi.

O özünü “Tanrının xidmətində, kralın və Fransa dövlətinin qulu” adlandırırdı.

Sonrakı dövrlərdə bu anlayış bir çox ölkələrin siyasi leksikonuna daxil oldu. Artıq “boz kardinal” deyildikdə, pərdə arxasında siyasəti yönləndirən, amma ön planda görünməyən şəxslər nəzərdə tutulurdu.

Azərbaycan tarixində “boz kardinal”lar lələlər, atabəylər olublar. Lakin Azərbaycandakı lələ və atabəylər dövləti idarə etməyə təşəbbüs göstərməyiblər. 

Məşhur “boz kardinal”lar

Pere Cosef (François Leclerc du Tremblay), Fransa, XVII əsr

Rişelyenin sağ əli; rahib olsa da, müharibə-sülh tarazlıqlarında gizli missiyalar yerinə yetirir, sarayda dərin hörgülər qururdu. “Boz kardinal” ləqəbi birbaşa onunla bağlanır. 

Vladislav Surkov, Rusiya, XXI əsr

XX əsrdə Sovet İttifaqında bu ləqəb Mixail Suslova aid edilmişdi. O, Sovet İttifaqında ideologiyanın formalaşmasında və partiya siyasətinin istiqamətlənməsində mühüm rol oynayırdı. Suslov rəsmi olaraq yüksək vəzifə daşısa da, ictimaiyyət qarşısında nadir hallarda çıxış edir və əsas qərarların arxasında duran fiqur kimi tanınırdı.

Dominik Kumminqs, Birləşmiş Krallıq, 2019–2020

Boris Consonun baş müşaviri; hökumətin riskli gündəmlərini “mühəndislik” edən qütbləşdirici strateg. İngilis mediasında dəfələrlə “boz kardinal” kimi anılıb. 

Karl Rov, ABŞ, 2001–2007

“Bush’s Brain” (Buşun beyni) kimi məşhurdur. Media və siyasi strategiyanın arxitekturasını quran pərdəarxası aktor obrazı ilə “boz kardinal” arxetipinə yaxınlaşdırılıb. 

Azərbaycan kontekstində “boz kardinal”

Azərbaycanda “boz kardinal” ifadəsi ən çox Ramiz Mehdiyevə aid edilir. O, illər ərzində Prezident Administrasiyasının rəhbəri kimi dövlət idarəçiliyində mühüm fiqur sayılıb və bir çox siyasi qərarların arxasında duran şəxs kimi təqdim olunub.

Ramiz Mehdiyev açıq şəkildə ictimaiyyətdə ön planda çıxış etməsə də, onun birbaşa rolu olduğu tez-tez vurğulanır.

2019-cu ildə Prezident Administrasiyasından ayrıldıqdan sonra elmi fəaliyyətə yönəldi və AMEA-nın prezidenti oldu. Bu, onun siyasi sferadan nisbi uzaqlaşması kimi qiymətləndirildi.

Xatırladaq ki, “Boz kardinal” ləqəbli Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

“Boz kardinal” termini həm tarixi, həm də müasir dövrdə gizli təsir gücünə malik şəxslərin simvoludur. Bu anlayış, rəsmi titulların arxasında gizlənən, lakin hadisələrin gedişatını dəyişdirən insanların obrazını ifadə edir.

Belə fiqurlar cəmiyyətin gözündən uzaqda olsalar da, çox zaman dövlətin taleyini müəyyən edən əsas güclərdən biri sayılırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see408

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see260

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see249

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see247

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see246

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see235

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see228

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see222

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see222

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see216

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see214

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see211

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see203

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see202

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see201

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see200

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see198

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see188

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see187

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri