Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Mehdiyevin oğlunu gözləyən aqibət Keçmiş nazir müavinin istintaqa çağırılması gözlənilir

Mehdiyevin oğlunu gözləyən aqibət Keçmiş nazir müavinin istintaqa çağırılması gözlənilir

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra ikincinin istintaqa çağırılması gözlənilir. Teymur Mehdiyev həm atasının işi üzrə dindirilə, həm də vəzifədə olduğu dövrdə korrupsiyaya bulaşması təftiş oluna bilər. Niyə?
Bakupost.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, keçmiş nazir müavini atasının hakimiyyəti zorla ələ keçirmə planları haqda məlumatı olmamış deyil. Hətta 50 nəfərlik Dövlət Şurasında onun da yer aldığı istisna edilmir. Bunu isə istintaq üzə çıxaracaq. Həmçinin Mehdiyevin oğlunun biznes şəbəkəsi və topladığı sərvətin araşdırılması gündəmdədir.
Məsələn, Mehdiyevlərə aid “Bank BTB” ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Bank Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.
Mehdiyevlərin bankı” batır… - 5 milyonluq zərər
Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib.
Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini olub. Teymur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki, alimin alın təri ilə qazanmaq çətin olardı.
Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.
Mehdiyevin oğlu həbs oluna bilərmi?
“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov açıqlamasında bildirib ki, Teymur Mehdiyevin həbsi hüquqi baxımdan tam real ssenaridir və bunun qarşısını alan heç bir normativ baryer mövcud deyil. Onun sözlərinə görə, məsələ təkcə siyasi kontekstdən ibarət deyil - burada birbaşa hüquq pozuntusu elementləri var: “Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluğunda olan vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması qəti şəkildə qadağandır. Bu norma birbaşa "Dövlət qulluğu haqqında" Qanunda əksini tapıb və istər bilavasitə, istərsə də dolayı şəkildə kommersiya subyektinə nəzarət etmək hüquqi məsuliyyət doğurur. Teymur Mehdiyevin “Bank BTB”nin faktiki sahibi olması barədə açıq, təsdiqlənmiş məlumatlar mövcuddur və bu faktın özü belə, onun istintaqa cəlb edilməsi üçün yetərli hüquqi əsas yaradır".
Hüquqşünas hesab edir ki, bankın uzun illər ardıcıl zərərlə işləməsi, kapital strukturu və payların ailə üzvlərinə ötürülməsi təkcə idarəetmə problemi kimi qiymətləndirilmir, bu, həm də vəsaitlərin mənşəyi, maliyyə axınlarının şəffaflığı və mümkün gizli payçılıq məsələlərini gündəmə gətirir. Onun fikrincə, əgər bankın fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə, şişirdilmiş və ya saxtalaşdırılmış maliyyə hesabatları, risklərin bilərəkdən gizlədilməsi, kredit portfelindən vəsaitlərin yönləndirilməsi və ya aktivlərin ailə üzvlərinin üzərinə keçirilməsi kimi hallar sübuta yetirilərsə, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılması qaçılmaz olacaq: “Bu maddələrə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 179-cu (mənimsəmə və israfetmə) kimi maddələr də daxil ola bilər”.
N.Ələsgərov torpaq alqı-satqıları ilə bağlı epizodların isə istintaqda ayrıca xətt üzrə araşdırılacağını istisna etmir: “Qısa zaman ərzində onlarla hektar torpağın əldə olunması rəsmi gəlirlərlə uyğun gəlmirsə, bu, artıq maliyyə monitorinqi üçün siqnal hesab olunur. Vəsaitlərin mənşəyi barədə şübhə yaranarsa, bu, Cinayət Məcəlləsinin 193-1-ci - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddəsi üzrə araşdırma perspektivi yaradır”.
Hüquqşünas bildirir ki, Teymur Mehdiyevin atası Ramiz Mehdiyevin cinayət işi üzrə məlumat sahibi olmaq ehtimalı istintaq üçün ayrıca maraq predmeti ola bilər: “Əgər istintaq müəyyən etsə ki, Teymur Mehdiyev həmin proseslərdən xəbərdar olub, yaxud müəyyən qərarların qəbulunda iştirak edib, o zaman onun prosessual statusu şahiddən şübhəli və ya təqsirləndirilən şəxs statusuna dəyişdirilə bilər. Bu dəyişiklik çox qısa müddətdə baş verə bilər”.
O, əlavə edib ki, belə olan halda, artıq “hakimiyyəti zorla ələ keçirmə” işi üzrə əlavə epizodların açılması gündəmə gələ bilər. Onun fikrincə, prosesin inkişafından asılı olmayaraq, Teymur Mehdiyevin saxlanılması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi hüquqi baxımdan tam məntiqlidir: “Bu halda heç bir imtiyazdan, xüsusi statusdan söhbət gedə bilməz. Şəxsin keçmiş vəzifəsi onu Cinayət Məcəlləsinin tələblərindən kənarlaşdırmır. Əgər Mehdiyevin bank fəaliyyəti, torpaq əməliyyatları və vəzifə dövründə verdiyi qərarlar kompleks şəkildə araşdırılarsa, həbslə nəticələnə biləcək çoxşaxəli risk modeli formalaşa bilər”.
Onun sözlərinə görə, vəziyyətin gedişatı həm maliyyə-ictimai təzyiq, həm də cinayət prosesinin genişlənməsi fonunda daha da kəskinləşə bilər və bu, Teymur Mehdiyevin hüquqi taleyini yaxın zamanlarda müəyyənləşdirən əsas amil olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri