Keçmiş nazir Mehdiyevin “komandası haqqında danışdı Xarici qüvvələr istifadə edə bilər...”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mediada Ramiz Mediyevin "komandası" ilə bağlı yayılan siyahılara münasibət bildirib.
"AzPolitika" xəbər verir ki, onun sözlərinə görə, onlardan biri “beşinci kolon” adlanan şəxsləri, digəri isə Ramiz Mehtiyevin tərəfdarlarının yaydığı və keçmiş tərəfdarları “xain” adlandırdığı iki siyahı ortadadır. Həmin siyahılarda bəzi şəxslərə qarşı kompromatla hədələmələr də var.
T.Zülfüqarov deyib ki, kim hansı tərəfdə olursa-olsun, belə qruplaşmaların yaranması və qarşıdurmanın açıq şəkildə formalaşması cəmiyyət üçün təhlükəlidir.
“Bu cür daxili qarşıdurmalardan bəzi xarici qüvvələr öz maraqları naminə istifadə etməyə çalışacaq. Məqsədləri ölkədə vətəndaş həmrəyliyini pozmaqdır. Onlar üçün kimin qalib gəlməsi önəmli deyil, əsas odur ki, ölkədə xaos yaransın və münaqişə dərinləşsin,” – deyə o bildirib.
Bununla belə, Tofiq Zülfüqarovun sözlərinə görə, artıq bu gün aydın görünür ki, bu cəhdlər uğursuzluğa məhkumdur.
"AzPolutika.info"


