Icma.az
close
up
RU
Mehdiyevlə bağlı daha bir gerçək: Levon görün kim imiş FOTOLAR

Mehdiyevlə bağlı daha bir gerçək: Levon görün kim imiş FOTOLAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır.

“Baku Oksford Məktəbi”nin əsl təsisçisi Nailə Rzayevanın müsahibəsini təqdim etdiyimizdə, burada bir ad xüsusi diqqət çəkmişdi – Çanturiya Nazı Qeorgiyevna.

Nailə Rzayeva müsahibəsində bildirmişdi ki, sözügedən məktəb məhz PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə “Baku Steel Company”nin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun təzyiqi nəticəsində Rzayevalar ailəsindən alınıb, heç bir ödəniş edilmədən öz adlarına keçirilib. Bu zaman Nazı Çanturiya 50 faizdən çox paya sahib olub.

Bəs, adıçəkilən, barəsində indiyədək mətbuatda heç bir məlumat olmayan Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı Nazı Çanturiya kimdir?

Globalinfo.az bildirir ki, “Teleqraf” Nazı Çanturiyanın kimliyi haqqında araşdırma aparıb və bəzi maraqlı məqamları üzə çıxarıb.

Nazı Çanturiya

Əldə etdiyimiz məlumata görə, N.Çanturiya 28 avqust 1949-cu ildə Gürcüstanın Sxakaya rayonun Medje kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə Sxumiyə köçüb. Orada Ş.Rustavelli adına 1 nömrəli ümumi təhsil məkbətinə qəbul olub. 1968-ci ildə isə V.Saraşvili adına Tbilisi Dövlət Konservatoriyasının fortopiano sinfinə qəbul olub və qiyabi təhsil alıb.

Həmin ildə də Sxumidə musiqi kollecində konsertmeyster işinə başlayıb. 1993-cü ilə qədər müəllim kimi çalışıb. 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster kvalifikasiysası üzrə kursu bitirib.

1976-cı ildə isə Qurskaya Yuriy Yuryeviçlə ailə həyatı qurub. Bu izdivacdan bir il sonra isə oğlu Levon dünyaya gəlib. Levon Qurskaya uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında isə Levon Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Nazı Çanturiya 1992-ci ildə Abxaziyada müharibə başlayandan sonra Bakıya qohumlarının yanına gəlib. 1993-cü ildə Qara Qarayev adına musiqi məktəbində işləyib.

Onun son iş yeri isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası olub. 1996-cı ildə işə başlayan Nazı Çanturiya 3 il sonra baş müəllim, 2008-ci ildə isə dosent olub. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən Ramiz Mehdiyevin baldızı, 2013-cü ilin sentyabrın 11-də işdən çıxıb.

O, bu müddət ərzində Konsertmeyster ustalığı kafedrasında çalışıb. Nazı Çanturiya 2 il əvvələ qədər Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qurtqaşınlı küçəsində yerləşən evdə qeydiyyatda olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri