İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı, görün, nələr dedi...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verib.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi ilə bağlı AMEA Rəyasət Heyətinin iclasında deyib.
İ.Həbibbəyli qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:
"Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz".
AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasına üzvlərin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin tələbinə görə AMEA Rəyasət Heyətinin bu qərarı AMEA Ümumi Yığıncağı tərəfindən təsdiq olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 28 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















