Icma.az
close
up
RU
Mehdiyevlə icra başçıları arasında kritik bağlantı Yeni əməliyyatlar başlayır?

Mehdiyevlə icra başçıları arasında kritik bağlantı Yeni əməliyyatlar başlayır?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

BalakənQaradağda aparılan əməliyyatlardan sonra yerli idarəetmə orqanlarının fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə bu sistemin səmərəliliyi və idarəetmədə rolu barədə suallar artır. Ekspertlər hesab edirlər ki, mövcud model ya ləğv edilməli, ya da köklü şəkildə yenilənməlidir.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz xatırladıb ki, ötən 5-6 il ərzində 10-dan çox icra hakimiyyətində korrupsiya, rüşvətxorluq faktı aşkarlanıb və yüksək vəzifəli rəsmilər həbs olunublar:

“Azərbaycanda rayonların hər birinin icra başçıları, müavinləri, xeyli sayda şöbə müdirləri, işçiləri, polis və digər çox sayda dövlət idarələri var. Bu qədər böyük məmur ordusu istər-istəməz həm bürokratik tıxanmalar yaradır, həm də dövlət büdcəsində ağır yükə çevrilir. Ərazisinə görə ölkəmizdən təxminən 9 dəfə böyük olan Türkiyədə cəmi 81 vilayət mövcuddur. Düşünürəm ki, hakimiyyətin Ramiz Mehdiyevdən sonrakı dövrdə aparacağı mühüm islahatlardan biri bəzi rayonların birləşdirilməsi ola bilər”.

Heydər Oğuz

Siyasi şərhçi bildirib ki, 2021-ci ildə imzalanan “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmana əsasən ərazilərimiz 14 iqtisadi rayona ayrılır:

“Rayonların bu təsnifata uyğun yenidən qurulması ölkəmizi ağır inzibatçı bürokratiyadan xilas edər, bölgələrin inkişafına ayrılan vəsaitlər sadə vətəndaşlara daha rahat çatar. Nəticədə bir çox problemlər öz həllini tapar. Paralel olaraq, qeyd etmək lazımdır ki, əksər icra başçıları və yerli dövlət orqanları Ramiz Mehdiyevin komandasına, yəni “5-ci kolon”a bağlıdır. Zənnimcə, risklərdən yayınmaq üçün başlayacağımız islahatlarda icra hakimiyyətlərinin ləğvi xüsusi yer tutmalıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri