Gələn həftə Məhərrəm ayı başlayır
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.
Məhərrəm ayı ilk günü iyunun 26-a təsadüf edir. İyulun 26- məhərrəm ayının son günüdür. Daha sonra səfər ayı başlayır.
Bu il Aşura günü iyulun 5-ə, Ərbəin günü (İmamın qırıxı mərasimi) avqustun 14-ə təsadüf edəcək.

