Məhərrəm ayında qızılın qiyməti UCUZLAŞACAQ? AÇIQLAMA
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Hazırda Azərbaycanda qızıl alqı-satqısı bazarında ən çox tələb olunan növlər 585 və 750 əyar qızıllardır.
BAKU.WS-in məlumatına görə, alıcılar daha çox bu növ zinət əşyalarına üstünlük verir, çünki həm keyfiyyət, həm də qiymət baxımından daha münasib hesab olunurlar.
Bazardakı mövcud qiymətlər belədir:
585 əyar qızıl (Türk qızılı) – 130-135 manat arası
750 əyar qızıl (İtalyan qızılı) – 150-170 manat arası
Satıcıların bildirdiyinə görə, 585 əyar qızıl daha çox gündəlik istifadə üçün seçilir. 750 əyar isə toylarda, nişanlarda və hədiyyələrdə üstünlük verilən daha yüksək keyfiyyətli variantdır.
Mütəxəssislər bildirirlər ki, qiymətlər hazırda stabil qalır və ciddi dəyişiklik gözlənilmir, çünki qiymət artımı və ya enməsi əsasən beynəlxalq bazarlardan asılıdır.
Məhərrəm ayında qızılın qiyməti ucuzlaşa bilərmi?
Bakıda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, Azərbaycanda bu ayda toy, şənlik və digər əyləncələr keçirilmədiyi üçün qızıl-zinət əşyalarına olan yerli tələbat bir qədər azalır. Lakin bu azalma qızılın qiymətinə birbaşa təsir göstərmir:
"Səbəb isə sadədir: qızılın qiyməti əsasən dünya bazarlarında – xüsusilə Londonda və Nyu-Yorkda tənzimlənir. Yəni Azərbaycanda toy bazarının səssizləşməsi, ümumilikdə beynəlxalq qızıl qiymətlərinə təsir edə bilməz.
Bu baxımdan, Məhərrəm ayında yerli satış azalması müşahidə olunsa da, qızılın qiymətində ciddi ucuzlaşma gözlənilmir. Qiymət əsasən qlobal iqtisadi və maliyyə amillərlə formalaşdığı üçün sabit qalması daha real görünür".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Məhərrəm ayında ət ucuzlaşacaq? Ekspert
23 İyun 2025 14:54
Məhərrəm ayında baş yaranlar... İlahiyyatçıdan AÇIQLAMA
15 İyul 2025 21:56
Elektromobil ucuzlaşacaq? AÇIQLAMA
20 Noyabr 2024 17:15
Dollar ucuzlaşacaq? İqtisadçıdan AÇIQLAMA
26 Noyabr 2024 16:12
Dollar ucuzlaşacaq Ekspertdən AÇIQLAMA
23 Aprel 2025 22:16
Baxış sayı:382
Bu xəbər 30 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları