Icma.az
close
up
RU
Məhərrəm ayında yayılan görüntülər: Dinimiz nə deyir? İlahiyyatçıdan açıqlama

Məhərrəm ayında yayılan görüntülər: Dinimiz nə deyir? İlahiyyatçıdan açıqlama

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Hər il Məhərrəm ayı gəldikcə, müsəlman aləmi Kərbəla faciəsini dərin hüznlə xatırlayır. Bu matəm günləri İmam Hüseynin (ə) və onun silahdaşlarının haqq uğrunda fədakarlığını yad etməklə yanaşı, müxtəlif mərasim və adətlərlə müşayiət olunur. Xüsusilə zəncir vurmaq, baş yarmaq və bədənə qəsdən zərər yetirmək kimi əməllər bəzi icmalar üçün "əhli-beyt sevgisinin təzahürü" kimi görülür. Lakin bu ənənələrin nə qədər dini əsaslara söykəndiyi, eləcə də İslamın ruhuna və təməl prinsiplərinə uyğun olub-olmadığı sual doğurur.

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdulla bildirib ki, Məhərrəmlik ayı, xüsusilə də Aşura günü İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin fədakarlığını yad etmək, onların uca məramını yaşatmaq üçün çox mühüm bir zamandır.

Onun sözlərinə görə, bu günlərdə matəm saxlamaq İmam Hüseynin hərəkatını anmaq və onun prinsiplərini insanlara çatdırmaq böyük savab işlərdən sayılır:

"Həm də matəm və əzadarlıq bunu izhar etməyin, yaşatmağın növlərindən biridir. Amma bu matəmin forması da çox önəmlidir. Bəzi bölgələrdə başa xəncər vurmaq, bədənə xətər yetirmək, hətta qan çıxarmaq kimi əməllər görülə bilər. Lakin bu, indiki dövrdə çox nadir görülə biləcək bir haldır. Din xadimləri belə bir üslubun tərk edilməsi yolunda da fəaliyyət göstərirlər. Ola da bilər ki, artıq bu məsələ aktuallığını itirib. Lakin hər bir halda İslam ümumiyyətlə insanın öz bədəninə zərər yetirməsini, sağlamlığına xətər vurmasını xoş görmür. "Qurani Kərim"də də “özünüzü öz əlinizlə təhlükəyə atmayın” buyurulur.

Həqiqi məqsəd İmam Hüseynin (ə) dəyərlərini, haqq və ədalət uğrunda mübarizəsini yaymaq, insanları mənəviyyata dəvət etməkdir. Biz bu matəm günlərində daha çox göz bu məqsədin təbliğinə səy göstərməli, habelə əməllərimizlə, davranışlarımızla Hüseyn (ə) məktəbinin ruhunu yaşatmalı, onun yolunu davam etdirməliyik".

İlahiyyatçı qeyd edib ki, əgər matəm forması cəmiyyətə mənfi təsir görsənirsə, İslamın gözəlliyini və dəyərini kölgədə qoyursa, bundan çəkinmək lazımdır:

"Bu baxımdan, çox sayda böyük alimlər, xüsusilə də müasir dövrdə, qan çıxarmaq və xoşagəlməz tərzdə əza saxlamaq kimi üsulları məsləhət görmürlər.

Bir daha qeyd edim ki, əzadarlıq məqsəd deyil. Sadəcə vasitələrdən biridir. Bununla yanaşı, Hüseyn (ə) sevgisini yaşatmaq, ehtiyacı olanlara yardım etmək, mərhəmət göstərmək, ədalətli və doğru yol üzrə olmaq da önəmlidir. Bu cür davranışlar həm Allah dərgahında daha qiymətlidir, həm də İmam Hüseynin (ə) məqsədinə daha uyğundur. Allah hamımızı haqq yolda sabit qılsın. Amin".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri