Icma.az
close
up
RU
Məhərrəmlikdə baş yarmanın əsası Qarabağda qoyulub İDDİA

Məhərrəmlikdə baş yarmanın əsası Qarabağda qoyulub İDDİA

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Şah İsmayıl Xətai haqqında davam edən müzakirələrə tənqdçi, publisist Azər Turan da qoşulub.

“Yeni Sabah” xəbər verir ki, o, “Ədəbiyyat” qəzetində “Şah İsmayıl Xətai: İnmtina etmək, yoxsa tarixi gizlin və gerçəklərinə baxmaq” adlı məqaləsində Səfəvilərin adına yazılan bir çox adət-ənənənin əslində, onlarla əlaqəsinin olmadığını iddia edib.

Bu, adətlərdən biri də Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsidir. Dominos pizza

Müəllif qeyd edib:

“Məhərrəmlik təziyələrində başyarmaq ənənəsini də səfəvilərlə bağlayırlar. Guya bu adət Azərbaycana İrandan, özü də məhz səfəvilər dövründə gəlib. Yanlış yanaşmadır. Təhrifdir və bunu təsdiq edəcək hər hansı bir qaynaq yoxdur. Söhbət aşura təziyədarlığından getmir, bu mərasimlərdə başyarmaq kimi bidət, ziyanlı adətdən gedir. Baş yarmаq bidəti İrandan bura deyil, burdan, Qarabağdan İrana sirayət edib. Məhərrəmlik ayinlərində - Aşura günü baş yarmaq kimi əməllərin məhz Azərbaycana, daha doğrusu, Qarabağa bağlı siyasi qaynağı var. İdeya Qarabağ xanının vəziri Molla Pənah Vaqifə məxsusdur. Bu, ən azı, 1770-ci illərə təsadüf edir. “Şəbəgirdanlıq”ın tarixini tədqiq edən Yusif Vəzir Çəmənzəminli bu günə qədər populyar olmayan, təəssüf ki, heç bir kitabına da daxil edilməyən “Şəbəgirdanlıq” məqaləsində yazırdı ki, “Bizlərdə Aşura büsatını... şairimiz Molla Pənah Vaqifə isnad edirlər. Ələmdarların Qarabağda məşhur olduğunu və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olunanların bir qədər doğru olduğu meydana çıxar...”.

Azər Turan qeyd edib ki, başyarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır:

“Zatən xalq arasında da belə bir rəvayət var: “Bir gün İbrahim xan Şuşa şəhərində bir neçə adamı ölümə məhkum edir. Müqəssirlərin bağışlanması haqqında xanın eşikağası Molla Pənaha müraciət edirlər. Şair müqəssirlərin qohumlarına ağ kəfənlər geyib başlarını xəncər ilə yara-yara xanın dərbarına (sarayına) gəlmələrini tövsiyə edir. O biri sabah ağköynəklilərin zikri xanı yuxudan oyadır, xan balkona çıxır və həyətdəki fəcib mənzərəni gördükdə Molla Pənahdan izahat tələb edir. Şair tarixi vəqəni anlatdıqda xan qəşş eləyir və sonra dustaqların azad olunmasını əmr eləyir”. O zamandan başlayaraq “ağköynək dəstəsi” Aşura günləri xan sarayına gəlib zikr deyə-deyə başlarını yararlar. Dustaqları bu vasitə ilə bağışlatmaq sonralar da Qarabağda bir adət olmuşdu...

Sonralar bu adət tarixi qaynağını itirərək davam etdirildi. Deməli, başyarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır və bunun Kərbəla hadisəsi ilə, yaxud səfəvilərlə heç bir əlaqəsi yoxdur. Yəni bunlar ki, əhli-beyt yolunda, hətta canlarına da qəsd edirlər, İbrahim xan onları necə əfv etməsin?! Ağköynəklər haqqında, baş yarmağın səbəbi barədə yeganə qaynaq Çəmənzəminlinin yazdığıdır və bundan da başqa hansısa mənbəyə təsadüf olunmur”.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri