ADDA ilə BP arasında əməkdaşlığın əsası qoyulub
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə BP arasında Əməkdaşlıq Sazişi imzalanıb.
Newscenter.az ADDA-ya istinadən xəbər verir ki, sazişi ADDA-nın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirən bu sazişin məqsədi Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq potensialını və təhsil-sənaye əməkdaşlığını dəstəkləməkdir.
Sənədin imzalanması tədbirində ADDA ilə BP şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra qonaqlar Akademiya ilə tanış olublar.
Süleyman
Bu mövzuda digər xəbərlər:Gələcək möhkəm əməkdaşlığın əsası qoyulur KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
17 Fevral 2025 14:49
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı FOTOLAR
10 Dekabr 2025 16:56
Məhərrəmlikdə baş yarmanın əsası Qarabağda qoyulub İDDİA
21 Avqust 2026 09:36
Hikmət Hacıyev: “Kəlbəcərdə yeni inkişaf mərhələsinin əsası qoyulub”
12 Sentyabr 2026 19:01
İlham Əliyev: Münasibətlərin tarixində yeni mərhələnin əsası qoyulub
31 Avqust 2026 11:54
Baxış sayı:148
Bu xəbər 10 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















