Icma.az
close
up
RU
Məhərrəmlikdə toylar niyə artıb? Orta yol tapmaq lazımdır DEPUTAT

Məhərrəmlikdə toylar niyə artıb? Orta yol tapmaq lazımdır DEPUTAT

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Məhərrəmlik ayının başlanması ilə cəmiyyətdə bu dövrə münasibət, dini dəyərlərə yanaşma və adət-ənənələrin icrası məsələləri yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda bu ayla bağlı edilən müzakirələr dini dəyərlərin təhrif olunması, xüsusilə toy və şənliklərin keçirilməsi məsələsində fikir ayrılıqlarını artırıb. Müşahidələr isə onu göstərir ki, hər keçən il bu ayda edilən toy, konsert və şənlik proqramları getdikcə artır. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı cəmiyyətə çağırış edib. Onun sözlərinə görə, mövzuya münasibətdə dini və mənəvi dəyərlərin qorunması vacibdir:

“Ümumi vəziyyəti təhlil edəndə bir neçə məqamı qeyd etməliyik. İlk növbədə, cəmiyyətdə dinə münasibətlə bağlı iki ziddiyyətli prosesin getdiyini görürük. Bir tərəfdən dinə maraq artır, dindarların sayı çoxalır, digər tərəfdən isə müəyyən qisim insanlar dindən uzaqlaşaraq bu kimi mənəvi ənənələrə, o cümlədən Məhərrəm ayına diqqət yetirmirlər”.

Deputat qeyd edib ki, son dövrlər bəzi qruplar tərəfindən İslam dini baxımından məhərrəmlikdə toy və şənlik keçirilməsinin qadağan olunmadığı barədə ictimaiyyətə ziddiyyətli mesajlar verilir. Bu isə cəmiyyətin həssas təbəqələrində çaşqınlıq yaradır:

“Bu cür açıqlamalar bəzən insanlar arasında çaşqınlıq yaradır və nəticədə bəzi şəxslər bu ayda toy və şənliklər təşkil edirlər. Halbuki bu, cəmiyyətin milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir”.

Deputat onu da əlavə edib ki, İslam dininin əsas prinsiplərindən biri israfçılıqdan uzaq olmaq və hər məsələdə orta mövqedə dayanmaqdır:

“Ümumilikdə hər bir məsələnin çərçivəsi və meyarı olmalıdır. Heç bir məsələdə israfçılıq və həddi aşmaq olmaz. İslamın da bu məsələyə yanaşması ondan ibarətdir ki, orta yol seçilməli, ifrat və təfriqə yol verilməməlidir. İnsanlar bu prinsipi rəhbər tutmalıdır”.

Millət vəkili vurğulayıb ki, cəmiyyətin dini və mənəvi sağlamlığının qorunması üçün həm maarifləndirici tədbirlər, həm də düzgün təbliğat aparılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri