Icma.az
close
up
RU
Məhkəmə 900 minlik mənimsəmədə ittiham olunan şəxslə bağlı qərar verdi

Məhkəmə 900 minlik mənimsəmədə ittiham olunan şəxslə bağlı qərar verdi

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmə və dələduzluqda təqsirləndirilən iş adamı Cavad Şeydayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Apellyasiya Məhkəməsi C.Şeydayev barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 182-ci maddə (Hədə-qorxu ilə tələb etmə) üzrə bəraət hökmünü ləğv edib. Məhkəmə C.Şeydayevin Cinayət Məcəlləsinin 178.3.2-ci və 182.3.2-ci maddələri üzrə təqsirli bilinməsinə hökm verib. Onun barəsindəki 7 il həbs cəzası ləğv edilib və yeni hökmlə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ali Məhkəmədə işə baxılarkən onun kassasiya şikayətini geri götürdüyü bildirilib.


Qeyd: Bir neçə il əvvəl 1982-ci il təvəllüdlü C.Şeydayev özünə məxsus olan “Pendik Şifa Bakı İstanbul” Tibb Mərkəzini Əziz Quliyev adlı şəxsə satıb. Əziz pulun bir hissəsini versə də, xeyli miqdarda borcu qalıb. Daha sonra tərəflər Əzizə məxsus olan “İstanbul NS” klinikasına şərikliklə bağlı razılaşıblar. Lakin mübahisəli vəziyyət davam edib.


Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyib ki, özü cinayətin qurbanı olub. O iddia edib ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir.


Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev Quliyevin etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edib ki, əksinə, adıçəkilən şəxsin ona borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.
 

Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see274

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see260

Berezutski 1:1 i ədalətli nəticə saymır

15 Mart 2025 22:57see234

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see213

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see193

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see155

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see149

Sabah və Zirə qarşılaşdı, qalib olmadı

15 Mart 2025 21:41see145

Milan dan əzmkar qələbə VİDEO

15 Mart 2025 23:05see143

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see141

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see141

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see138

ABŞ də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var

15 Mart 2025 23:13see135

İngiltərə Premyer Liqası: Mançester Siti Brayton səddini keçə bilmədi

15 Mart 2025 21:49see134

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see127

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see127

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see127

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see126

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see125

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri