Icma.az
close
up
RU
İqlimşünaslar: Qasırğalar okeanı soyutmaq qabiliyyətini itirib

İqlimşünaslar: Qasırğalar okeanı soyutmaq qabiliyyətini itirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 iyun, AZƏRTAC

Qasırğa zamanı güclü küləklər okeanı qarışdırıb soyudur, həftələrlə eyni qala bilən və sonrakı fırtınaları zəiflədə bilən soyuq su zolağını geridə qoyur. Bununla belə, okeanın bəzi ərazilərində bu soyuq izlər indi əvvəlkindən daha sürətlə yox olur.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonda yerləşən Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasında soyuq izlərin necə dəyişdiyini anlamaq üçün 1981-ci ildən 2020-ci ilədək Atlantik okeandakı qasırğalarının cığırları boyunca dəniz səthinin temperaturu təhlil edilib, nəticələr “npj Climate and Atmospheric Science”də paylaşılıb.

Məlum olub ki, ən çox qasırğaların əmələ gəldiyi mərkəzi Atlantikada siklonlar okeanı əvvəlki kimi güclü şəkildə - orta hesabla 0,26°C soyudur. Lakin 2001-ci ildən soyuq izlər daha sürətlə yoxa çıxmağa başlayıb. İndi, onlar bir qayda olaraq, sonrakı fırtınaları zəiflətmək üçün kifayət qədər uzun müddət qalmırlar.

Tropik siklonlar və qasırğalar enerjisini okeanın istiliyindən alır. Dəniz səthi nə qədər isti olarsa, fırtınaların potensial intensivliyi bir o qədər çox olar. Öz növbəsində fırtınalar hərəkət edərkən okeanı sərinləşdirir. Bu, sonrakı fırtınaları enerjidən məhrum edə bilər. “Soyuq izin bərpa müddətinin azalması, iqlim dəyişikliyindən ümumi istiləşmə ilə yanaşı, qasırğanın gücünə əlavə təkan verə bilər”, - deyə Delaver Universitetinin iqlimşünası Şuay Van izah edir.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, 1980-ci ildən bəri insanın səbəb olduğu iqlim dəyişikliyi nəticəsində yoxa çıxan soyuq izlərin okeanların fırtına aktivliyinin artmasına verdiyi töhfə dəniz səthinin temperaturunda ümumi artımın 9 faizinə çatıb.

“Biz ehtimal edirik ki, siklonlar gələcəkdə dəniz səthinin temperaturunun ümumi artması səbəbindən daha da güclü ola bilər. Soyuq izin bərpa müddəti qısalmağa davam edərsə, bu, mütləq effekti gücləndirəcək”, - deyə Van vurğulayıb.

Tədqiqatçıların fikrincə, soyuq izlərin qısalması böyük ehtimalla iqlim dəyişikliyi ilə bağlıdır ki, bu da passatları - fırtına keçdikdən sonra okeanı soyudan küləkləri zəiflədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri