Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində insan resurslarının hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları, telekommunikasiya, maşınqayırma, metallurgiya, nəqliyyat, logistika və energetika ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcəkdir. Eyni zamanda, məhkəmə-kompüter texniki ekspertizası, yol-nəqliyyat hadisələrinin ekspertizası, yanğın və texnoloji partlayışların tədqiqi kimi aktual istiqamətlər üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.
Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və praktika arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.
Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















