Icma.az
close
up
RU
Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib AZƏRTAC

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə onlayn görüş keçirilib.

Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Bağırov məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və mövcud problemlərin həlli məqsədilə yaradılmış Şuranın işçi qruplarında təmsil olunan ARVK üzləri ilə bu istiqamətdə müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sədr diqqətə çatdırıb ki, ölkə başçısının 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasına Kollegiya da üzv seçilib. Şurada qeyri-dövlət, müstəqil təsisat olan ARVK-nın təmsil olunması vəkilliyə göstərilən çox yüksək etimaddır. O bildirib ki, ekspertiza sahəsində vəkillərin təcrübədə rastlaşdığı problemlər, o cümlədən bu institutun inkişafı, təkmilləşdirilməsi ilə bağlı gələcəkdə aparılacaq islahatlar üzrə təkliflərin mütləq qaydada Şuranın müzakirəsinə təqdim olunması çox zəruridir. “Çünki vəkillər həm mülki, həm də cinayət prosessual sahəsində ədalət mühakimə icraatında fəal iştirak edən çox önəmli peşə sahibləridir. İlk növbədə, məhkəmə ekspertizasının müstəqilliyi, qərəzsizliyi və obyektivliyi tam təmin edilmədir. Eyni zamanda, bu istiqamətdə beynəlxalq təcrübə və yerli problemlər öyrənilməlidir”, - deyə sədr vurğulayıb.

Sonra ARVK-nın sədr müavini Şahmar Məmmədov çıxış edərək Məhkəmə Ekspertizası Şurasında yaradılmış işçi qruplarında təmsil olunan vəkillərin fəaliyyət istiqamətindən danışıb. O, Kollegiya üzvləri ilə bir sıra müzakirələr aparıldığını, təkliflər hazırlanaraq Şuraya təqdim edildiyini söyləyib. Eyni zamanda, sədr müavini vurğulayıb ki, bu sahədə işlər davam etdirilir və digər təkliflər də hazırlanaraq Şuraya göndəriləcək.

Görüşdə vəkillərin qarşılaşdığı çətinliklər, təcrübədə rast gəlinən bir çox problemlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib, habelə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see231

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see152

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see119

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see115

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see115

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see115

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see114

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see114

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see113

Milan italiyalı qolkiperi heyətinə qatıb RƏSMİ

18 İyul 2025 18:06see112

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see110

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see108

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri