Icma.az
close
up
RU
Məhkəmə hakimiyyətini lağa qoyan vəkillər cəzalandırılacaq

Məhkəmə hakimiyyətini lağa qoyan vəkillər cəzalandırılacaq

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar müşahidə edirik ki, bəzi vəkillər sosial şəbəkələrdə müəyyən məhkəmə proseslərini ictimai müzakirəyə çıxarır, bəzən isə bunu qeyri-etik formada edirlər. Birmənalı şəkildə bildirirəm ki, indiyədək biz bu hallarla bağlı xəbərdarlıqlar etmişik. Lakin bu gündən etibarən bu məsələdə daha ciddi tədbirlərin görülməsi zəruridir”.

“Qafqazinfo” E-huquq.az-a istinadən xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözləırinə görə, məhkəmə hakimiyyətini lağa qoyan, əsassız və xoşagəlməz fikirlərlə çıxış edən vəkillər barəsində intizam tədbirləri görülməsi nəzərdə tutulur.

“Mən istəməzdim ki, məhkəmə hakimləri arasında vəkillik haqqında belə bir rəy formalaşsın ki, vəkillər prosesi manipulyasiya edir. Biz azad peşə sahibləriyik və peşə azadlığını qorumaq üçün məsuliyyətli davranmalıyıq. Bəzi vəkillər məhkəmələr və digər dövlət qurumları haqqında əsassız, subyektiv və bəzən həqiqətə uyğun olmayan fikirlər paylaşır, bu isə böhtan və təhqir kimi qiymətləndirilə bilər. Təbii ki, bu hallar bütün vəkillərə aid deyil, lakin azsaylı da olsa, belə hallar bizim diqqətimizdədir və həmin vəkilləri məsuliyyətə dəvət edirik”, - deyə sədr bildirib.

A.Bağırov sonda qeyd edib ki, vəkillərin sayının artması fonunda bu cür halların qarşısı alınmasa, Vəkillər Kollegiyasının məhkəmə sistemindəki rolu və nüfuzu zədələnə bilər: “Biz belə bir mənzərə ilə razılaşa bilmərik və bu istiqamətdə ciddi nəzarət tədbirləri görüləcək. Yadda saxlamalıyıq ki, biz hər birimiz bütün Azərbaycan vəkilliyini təmsil edirik. Hər bir vəkilin fəaliyyəti, davranışı və sözləri bütövlükdə vəkilliyin nüfuzuna təsir edir. Tək bir vəkilin yanlış addımı bütün Vəkillər Kollegiyasına, eyni zamanda cəmiyyətin vəkillik peşəsinə olan münasibətinə zərər vura bilər. Buna görə də cəmiyyətin vəkillik institutuna olan münasibəti məhz vəkillərin şəxsi davranışları, ictimai çıxışları və fəaliyyətindən formalaşır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri