Icma.az
close
up
RU
Ermənistanda vəkillər məhkəmə iclasını boykot ediblər

Ermənistanda vəkillər məhkəmə iclasını boykot ediblər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müqəddəs Mübarizə” hərəkatına qarşı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclasını boykot edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə cinayət işi üzrə təqsirləndirilən Ara Rostomyanın vəkili Vaan Ovanisyan jurnalistlərə bildirib.

Boykota səbəb hakim Karen Farxoyanın verdiyi qərarla Lidiya Mantaşyanın (həmin iş üzrə təqsirləndirilən şəxs) həbs müddətini daha üç ay uzatması olub. Vəkillər hesab edirlər ki, həbsin uzadılması üçün heç bir əsas olmayıb və məhkəmə siyasi sifarişi yerinə yetirib.

"Bütün vəkillər buradadır, məhkəmə binasının qarşısında, lakin onlar yekdilliklə bu günkü iclası boykot etmək qərarı verdilər. Bununla biz hakimin hərəkətlərinə etirazımızı bildiririk, çünki əminik ki, bu binada ədalət həyata keçirilmir", – deyə Ovanisyan qeyd edib.

O xəbərdarlıq edib ki, əgər məhkəmə qanunsuz qərarlar verməyə davam etsə, vəkillər də müvafiq addımlar atacaqlar. İctimai müdafiəçilərin prosesə qoşulması məsələsinə gəlincə, vəkilin sözlərinə görə, bu mərhələdə bu, mümkün deyil. Hakim vəkilin üzrlü səbəb olmadan iştirak etmədiyini üç dəfə tanımalıdır, yalnız bundan sonra ictimai müdafiəçilər cəlb oluna bilər.

"Vəkilsiz məhkəmə həbs qətimkan tədbiri ilə bağlı məsələləri müzakirə edə bilməz. Əgər iclas davam edərsə, bu, hakimin heç bir "qırmızı xətt" tanımadığını göstərəcək," – deyə Ovanisyan bildirib.

Xatırladaq ki, avqustun 7-də İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının 18 üzvünə qarşı irəli sürülmüş cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. Onlar “terror aktına hazırlıq və hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddələri ilə təqsirləndirilirlər. “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları iyunun sonunda həbs olunublar. Həmin vaxt Ermənistanın İstintaq Komitəsi silahlı yolla hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri